Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avtobusun vurduğu atlet Azərbaycandan təzminat tələb edir

 

AtletlerI Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə avtobusun vurması nəticəsində əlil olan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsinin vəd olunan kompensasiyanı Azərbaycandan ala bilmədiyi deyilir.

Xeberinfo.com:  Bu barədə “Der Standard” qəzeti yazıb.

Qəzetdə yazılanlara görə, ailə həmçinin, reabilitasiya xərclərinin ödənilməsini tələb edir. Ailənin vəkili qəzanı törədən sürücünün çalışdığı şirkəti məhkəməyə verib .

16 yaşlı Vanessa Sahinoviç bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçsə də, hərəkət etmək qabiliyyəti bərpa olunmayıb. Onun aşağı ətrafları iflic olub və hərəkət qabiliyyətini itirib.

V.Şahinoviç və Avstriyanın sinxron üzgüçülük komandasını təmsil edən digər iki idmançı ötən il Bakıda keçirilən I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində avtobusun vurması nəticəsində xəsarət alıblar.

Qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsindən ötrü bəzi tədbirlər görüb. Hakimiyyət idmançının Vyanaya çatdırılması məqsədi ilə xüsusi təyyarə ayırıb və onun müalicə xərcləri təmin olunub.

V.Şahinoviç Bosniyadan gələn mühacir ailəsindəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam