Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Avropa Oyunlarındakı avtobus qəzasında "MTN" izi

atletler-kendi-qeza1Turnir zamanı xidmət göstərən taksi və avtobus sürücülərinin siyahısını MTN müəyyənləşdiribmiş…

Əvvəllər də yol qəzasına görə məhkum olunmuş sürücünün adı birinci siyahıda olmayıb…

Xeberinfo.com:   Ötən ilin mayında Bakıda keçirilən birinci Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnən avtobus qəzası ilə bağlı məhkəmə prosesində keçmiş MTN-in bu hadisədəki rolu üzə çıxıb. Məlum olub ki, Avropa Oyunları dövründə idmançılara və qonaqlara xidmət göstərən avtobus, taksi sürücülərinin siyahısını MTN müəyyənləşdirib. Bu fakt dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sözügedən qəzaya görə məsuliyyətə cəlb olunmuş şəxslərin işinə baxılarkən ortaya çıxıb.

Xatırladaq ki, bu cinayət işi üzrə məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsüÿVəli Əhmədovlaÿyanaşı, Nizami Rayon Polis Idarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin keçmiş əməkdaşıÿElçin Həsənov,ÿNəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi olmuşÿHüseyn Salamov,ÿXidmətin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi Fərid Əmiraslanovÿda var. Fərid Əmiraslanov istisna olmaqla, digər üç nəfər həbsdədir. Əmiraslanovun barəsində isə başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Sürücü Vəli Əhmədova qarşı CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. O, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breytin vurulması ilə nəticələnmiş qəzanı törətməkdə təqsirləndirilir.

Polis əməkdaşı Elçin Həsənov qəza baş verərkən “Təhlükəsiz şəhər” kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb və ona CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham verilib.

Nəqliyyat Nazirliyinin əməkdaşları isə sürücü Vəli Əhmədovun xəttə çıxmasına imkan verib, qəzanın qarşısını almamaqda günahlandırılır. Onlara qarşı CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham irəli sürülüb.

Dünənki məhkəmə iclasında əvvəlcə dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. Mühakimə olunan dörd nəfərdən yalnız biri – avtobusun sürücüsü Vəli Əhmədov özünü təqsirli bilib.

Polis əməkdaşı Elçin Həsənov deyib ki, özünü CM-nin 308.2-ci maddəsilə yox, sadəcə, səhlənkarlıqda özünü təqsirli bilir: “Məni Ramil Usubov qəbul eləyəndə də dedi ki, ”səhlənkarlıq eləmisən”. Buna görə bir dəfə cəzamı da almışam…”

Həbsdə olan sürücü Vəli Əhmədov ifadəsində bildirib ki, təxminən iyirmi ildir avtobus idarə edir. Bundan əvvəl də yol qəzasına görə məhkumluğu olub. Əvvəllər 1 saylı marşrut xəttində avtobus idarə etmiş Vəli Əhmədovun dediyinə görə, o, Avropa Oyunlarında sərnişin daşımaq üçün konkret kiməsə müraciət etməyib: “Sonra 1 nömrəli xətti bağladılar, bizi təlimlərə göndərdilər. Yəni əvvəldən kurs keçmişik”.

Sürücü deyir ki, hadisə baş verən gün avtobusda hər hansı nasazlıq olmayıb, amma hərəkət edərkən əyləc sistemi sıradan çıxıb: “Qəfildən avtobus sürətlə getməyə başladı və əyləc işləmədi, nə qədər ayağımı basdım, xeyri olmadı, dayanmadı. Bu zaman ürəyim sıxıldı, avtobus hara getdi, bilmədim. Qəza zamanı avtobusda olan polis əməkdaşı ”Sən neylədin?” deyib qışqırdı. Qəzadan sonra özümə gəldim və avtobusdan düşdüm. Amma dizlərim qatlanmışdı, ayaqlarım işləmirdi”.

Əməlindən peşman olduğunu deyən sürücü qeyd edib ki, onun adının siyahıya salınmasına görə onunla birlikdə mühakimə olunan Nəqliyyat Nazirliyinin vəzifəli şəxslərini məhkəmədə görüb tanıyıb: “Mənim adımın əvvəlki siyahıdan çıxarılması barədə məlumatım olmayıb”.

Daha sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş şöbə rəisi Hüseyn Salamov dindirilib. Onun ifadəsindən məlum olub ki, Nəqliyyat Nazirliyi sürücülərin siyahısını tərtib edəndən sonra MTN əməkdaşları həmin siyahıları aparıb yoxlayırmış. MTN-dən sonra da siyahılar Xüsusi Dövlət Mühafizə Xidmətinə göndərilirmiş. Hüseyn Salamovun sözlərinə görə, yekun siyahı MTN-lə razılaşdırılıb: “Təxminən 2 min nəfərlik siyahıdan 300-dən çox adamın adını MTN-də çıxarmışdılar, 200-dən çoxunu da Mühafizə Xidmətindən. Hadisədən sonra bilmişəm ki, Vəli Əhmədovun adı birinci siyahıda keçməyib. Ikinci dəfə MTN ona ”hə” deyib. Mən verilən işin öhdəsindən gəlmişəm və hadisənin baş verməsində rolum olmayıb”.

Məhkəmə prosesi aprelin 29-da davam edəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də Atletlərÿkəndinin nəqliyyat deposunda “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxıb və həmin vaxt səki ilə hərəkət edən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam