Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Bakubus» MMC-də “Təmizləmələr”

 

I Avropa Oyunları yüksək səviyyədə təşkil olunsa, iştirakçıların rahatlığı və təhlükəsizliyi üçün bütün detallar nəzərə alınsa da, xoşagəlməz hadisədən qaçmaq mümkün olmadı 

"Xeberinfo.com":   Oyunların rəsmi açılışından qabaq – iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda, «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə ağır bədən xəsarətləri yetirdi.
Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilsə də, birinin vəziyyəti daha ağır olduğundan müalicələrini davam etdirmək üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərildi. Hazırda Vanessa Sahinoviç vəziyyəti stabilləşsə də, ayağa qalxması üçün xeyli vaxtın lazım olduğu bildirilir.
Hadisə yol qəzası olsa da, ölkə üçün xüsusi əhəmiyət daşıyan bir tədbirin təşkilatçılğına müəyyən qədər gölgə saldığından, ilk gündən ciddi araşdırılmağa başlandı. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanldığı bildirildi.
1bbu
Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutuldu və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçildi.
Eyni zamanda prosessual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxıldığı, iş üzrə istintaq hərəkətlərinin davam etdirildiyi bildirildi.
Ancaq üzərindən xeyli vaxt keçsə də, hadisə ilə bağlı hər hansı başqa açıqlama verilməyib. “AzPolitika.info”nun özəl mənbələr vasitəsilə əldə etdiyi bilgilərə görə isə, məlum qəzayla bağlı «Bakubus» MMC-yə, necə deyərlər, “bomba” düşüb.
Belə ki, «Bakubus» MMC-nin bir neçə vəzifəli şəxsi işdən çıxarılıb, bəziləri isə məsuliyyətə cəlb olunub. İstintaqın sonunda həbs edilənlərin olacağı gözlənilir.
«Bakubus» MMC-yə rəhbərlik edən şəxs də işdən kənarlaşdırılıb. Adını dəqiqləşdirə bilmədiyimiz bu şəxsin Azərbaycanın güc nazirlərindən birinin yaxın qohumu olduğu bildirilir.
Yol-nəqliyyat hadisəsini törətdiyi üçün həbsə alınmış avtobusun sürücüsü Vəli Əhmədovla (“Kürd Vəli”) bağlı da maraqlı məlumatlar əldə etmişik. Məlumata görə, «Bakubus» MMC-də işə götürülənlərin hər birinin şəxsi işi Mili Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən yoxlanılıb. «Bakubus» MMC-nin rəhbərliyinə də MTN-nin müsbət rəy verdiyi şəxsləri işə götürmək tapşırılıb.
Vəli Əhmədov əvəllər də həbsdə olduğundan, MTN-dən verilən rəydə onun işə götürülməsi məqsədəuyğun hesab edilməyib. Ancaq buna baxmayaraq, əvvəllər 1 saylı marşrutda işləyən Vəli Əhmədov «Bakubus» MMC-də sürücü kimi işə qəbul edilib. Və nəticədə məlum hadisə baş verib.
Hazırda həbsdə olan Vəli Əhmədovun psixikasında problemlərin yarandığı da bizə verilən məlumatlar sırasındadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam