Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycandan bir neçə milyon avro tələb olunur -Eldar Mahmudova görə

 

“Atletlər kəndi”ndə məlum qəzada yaralanan avstriyalı idmançı təzminat davası açıb; sabiq milli təhlükəsizlik naziri yaxın qohumunu I Avropa Oyunlarından əvvəl necə məsul vəzifəyə yerləşdirib?


Yenixeber.org:   I Avropa oyunları zamanı Bakıda avtobus qəzası nəticəsində yaralanan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsi Azərbaycanın təklif etdiyi təzminatı qəbul etməyib. Yerli “Kurier” qəzetinə müsahibə verən idmançının anası Azra Şahinoviç hələ də vəd olunan təzminatı ala bilmədiklərini deyib. “Onun 12-ci döş fəqərəsi sınıb və artıq bir ildən çoxdur ki, intensiv terapiya kursu keçir. Qəza baş verən kimi bir neçə milyon avro məbləğində təzminat vəd edilsə də, tezliklə unutdular” deyə, idmançının anası əlavə edib.


Azra Şahinoviçin sözlərinə görə, qəzadan sonra Azərbaycanda onların vəkilinə 1,8 milyon avro təzminat ödəniləcəyi vəd olunub. Bu müddət ərzində isə ailəyə yalnız Avstriya Olimpiya Komitəsindən 600 min avro sığorta haqqı ödənilib. O məbləğin 100 min avrosu Vanessanın müalicəsinə sərf olunub. Digər məbləğə isə torpaq sahəsi alıb və mülk tikintisi üçün kredit götürüblər.

“Mən bilsəydim ki, təzminat ödənilməyəcək, məbləğin hamısını qızımın müalicəsinə sərf edərdim”, deyə, Azra Şahinoviç əlavə edib. Qəzet hadisə ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla əlaqə saxlayıb. Səfirin sözlərinə görə, idmançının ailəsinə 1 milyon avro təzminat təklif olunub. Lakin onlar bu məbləğin azlığını bəhanə edərək qəbul etməyiblər. Səfir əlavə edib ki, zərərçəkənlə təzminatın ödənilməsi ilə bağlı danışıqlar hələ də davam edir.

Image result for Eldar Mahmudov atletlər kəndi


Yada salaq ki, qəzadan sonra Azərbaycan hakimiyyəti avstriyalı idmançının bütün müalicə xərclərini öz üzərinə götürüb. Prezident İlham Əliyev Venessanın Vyanaya çatdırılması üçün öz şəxsi təyyarəsini ayırıb. Venessanın ailəsi isə reabilitasiya xərcləri üçün təzminat tələb edir. İdmançının vəkili qəzanı törədən sürücünün çalışdığı nəqliyyat şirkətini məhkəməyə verib" deyə, məqalədə qeyd edilib.


İndiyədək I Avropa Oyunlarındakı məlum qəzada “Eldar Mahmudov izi” haqda mətbuatda kifayət qədər yazılar dərc olunub. “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın - avtobusun 3 xarici atletin üzərindən keçməsi işi üzrə istintaq çox məxfi şəkildə aparılsa da, məhkəmə araşdırmaları bəzi detalları üzə çıxara bilmişdi. Qəzadan dərhal sonra olayın sosial şəbəkələrdə yayılan videosuna baxmış hər kəs sürücünün bu hadisəni bilərəkdən törətdiyinə əminliyini ifadə edirdi. Hər kəs deyirdi ki, bu, qəsddir. Çünki sürücünün düz yolda getdiyi zaman səhvə yol verib belə bir qəza törətməsi inandırıcı görünmürdü. Bu arqumentləri inandırıcı edən bəzi faktlar da vardı. Oyunlar öncəsi ölkədə xoşagəlməz olayın baş verəcəyi gözləntisi, narahatlıq ab-havası hiss edilirdi. Hüquq-mühafizə orqanlarının xüsusi rejimdə çalışması, nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər bu gözləntilərə bir qədər də güc vermiş olurdu. Ölkə boyu, xüsusilə Bakı şəhərində görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilmişdi. Belə bir vəziyyətdə, oyunlara 1 gün qalmış “Atletlər kəndi”nin nəqliyyat deposunda avtobus düz yoldan çıxaraq atletlərin üzərindən keçdi.

Sonradan məlumat yayıldı ki, sürücü Vahid Əhmədov əvvəllər qəsdən adam öldürməyə görə həbsdə olub. Məhkəmə ona 10 illik azadlıqdan məhrumetmə cəzası çıxarıb. Bu müddətin bitməsinə 5 il qalmış V.Əhmədov məhkəmə qərarı ilə azad olunub. Həbs olunan V.Əhmədovun oğlu Orxan Əhmədov qəzadan sonra mətbuata açıqlama verərək deyib ki, atasının qəzanı qəsdən törətməsi haqda məlumatlar yalandır. Atasının idarə etdiyi avtobusun əyləc sistemindəki problem üzündən belə bir qəza meydana gəlib.

“Avtobusun əyləc sistemində problem olub və sürücü problemi aradan qaldırmağa çalışarkən diqqəti yoldan yayınıb. Sükanı yığışdırmaq mümkün olmadığından avtobusu saxlaya bilməyib və nəticədə qəza baş verib” deyə, sürücünün oğlu bildirmişdi. Qəzadan sonra yaranmış suallardan biri də sürücülərin seçilməsi, sürücülük qabiliyyətlərinin yoxlanılması ilə bağlı idi. Səriştəsiz sürücü belə bir mötəbər oyunlar zamanı sükan arxasına necə keçə bilmişdi?


Həmin vaxt belə məlumat yayılmışdı ki, oyunlardan 2 ay öncə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsindən azad olunub, onun yerinə isə Elimxan Hacıyev təyinat alıb. E.Hacıyevin o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun yaxın qohumu, bibisi oğlu olduğu deyilirdi. Bu təyinata qədər E.Hacıyev Nəsimi Su Kanalizasiya İdarəsinin rəisi olub. Onun təyinatından sonra oyunlar zamanı sərnişin daşıyacaq avtobusların sürücülərinin seçilməsinə, onların avtobioqrafiyalarının yoxlanılmasına başlanıb. Sürücülərin təlim keçməsi üçün büdcədən 1 milyon manat vəsait ayrılıb.

Lakin hansısa səbəbdən E.Mahmudovun bibisi oğlu Vəli Əhmədovun bioqrafiyası lazımi səviyyədə nəzərdən keçirilməyib. Bu məlumatlar onu deməyə əsas verir ki, E.Mahmudovun nazir kimi ona olan etimadı itirməsində bu cür təyinatlar rol oynayıb. Qəzadan sonra işdən çıxarılanlar sırasında E.Hacıyev də olub.

Amma E.Mahmudov onu da məsuliyyətdən kənar saxlamağı bacarıb. İndi isə həmin günlərdə baş verən qəzaya görə ölkəmizdən milyonlarla avro təzminat tələb olunur. E.Mahmudov nazir deyil, amma ona görə Azərbaycan büdcəsindən bir neçə milyon avro xərcləməli olacaq. Yada salaq ki, 2015-ci il iyunun 11-də baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunurdu ki, iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam