Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

99 gün komada qalan tank komandiri şəhid oldu

komada-olan-herbci-vefat-etdiMilli Ordunun bu ilin 2 aprelində (aprel döyüşləri zamanı) ağır yaralanan tank komandiri, gizir Rahim Tağıyev iyulun 10 səhər saatlarında dünyasını dəyişib.

Xeberinfo.com:   Bu barədə jurnalist Aqil Aslan facebook səhifəsində məlumat paylaşıb.

R.Tağıyev 99-cu gün idi ki, komada idi. O, aprelin 2-də cəbhənin Goranboy-Tərtər istiqamətində Talış kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdi. Döyüş zamanı düşmənin atdığı minamyot mərmisi onun yanına düşüb və hərbçimiz başından ağır yaralanmışdı. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilən R.Tağıyev aprel döyüşlərinin ən ağır yaralısı idi. Onun müalicəni davam etdirmək üçün Türkiyəyə, məşhur “Gülhanə” xəstəxanasına yola salınmasına hazırlıq görülürdü.

R.Tağıyev 18 il Milli Orduda xidmət edib. Bu müddətdə xidmətdə fərqləndiyinə görə 5 medal və çox sayda Fəxri Fərmanla təltif edilib. Şəkinin Əliyar kəndində anadan olan R.Tağıyev Mingəçevir sakini idi və Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam