Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Vanqa” ləqəbli cinayətkar saxlanıldı- VİDEO

Goranboyda axtarışda olan iki nəfər saxlanılıb.

Xeberinfo.com:   “Region TV” xəbər verir ki, saxlanılan şəxslər Goranboy və Göygöl rayonlarında silsilə oğurluqlar törətməkdə şübhəli bilinir.

Saxlanılanlardan biri yaşadığı rayonda "Vanqa" ləqəbi ilə tanınır.

Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar törədən 7 nəfərlik dəstənin daha iki üzvü - "Vanqa" ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev tutulub. Həmin şəxslər paytaxt Bakı şəhərində saxlanılıb.

Müstəntiq Ağaxan Abdullayev faktla bağlı bildirib ki, bu iki şəxs məsuliyyətdən yayınmaq üçün qaçıb gizləniblər: "30 iyun tarixində Goranboy rayon polis şöbəsi əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib".

İstintaq yolu ilə müəyən edilib ki, barələrində axtarış elan olunan V.Hüseynov və İ.Şıxıyev axtarışda olduqları müddətdə də öz çirkin əməllərini dayandırmayıblar. Onlar Dəliməmmədli şəhəri ərazisində müxtəlif obeyktlərdən oğurluqlar edib.

"Vanqa" ləqəbli V.Hüseynov əməlinə görə heç də peşman olmadığını bildib: "Axtarışda olan vaxt pulumuz yox idi. İstəyirdik, pulumuz olsun. Bunun üçün də haranısa yarmalıydıq. Ona görə də Dəliməmmədlidə bir mağazanı, bir çay evini yardıq. Xanqərvənddə bir evə girdik, oradan bir qazandan xoşumuz gəldi, onu götürdük. Əməlimdən heç də peşman deyiləm. Niyə peşman olum ki, bunu mən eləmişəm"

V.Hüseynovun ortağı İ.Şıxıyev məsuliyyətdən yayınmasına özünəməxsus şəkildə don geyindirib: "Çöldə gözəl hava var. Biz də Bakıda dəniz qırağında idik. Dedik ki, yayda dəniz qırağında dincələk, qışda gedərik".

Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərərçəkənlərin sayını müəyyənləşdirir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam