Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN-dən əməliyyat: Kibercinayətkarlar tutuldu

 

 

Respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

 

Xeberinfo.com:  DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində xarici ölkələrin 50-yə yaxın bank müştərisinin plastik kartlarından xüsusi kiberproqramlardan istifadə etməklə külli miqdarda pul vəsaitlərini onlayn ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Xaçmaz rayon sakinləri Xətai Əliyev və Orxan Seyidov tutulub.

Saxlanılan X.Əliyev törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə etməklə internet vasitəsilə onlayn bank əməliyyatları aparan xarici ölkə vətəndaşlarının ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.

Daha sonra X.Əliyev həmin şəxslərin hesablarından O.Seyidovun adına yerli banklarda açdığı hesablara onlayn köçürmələr edərək nağdlaşdırıb və bu yolla vətəndaşlara külli miqdarda ziyan vurub.

X.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam