Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis rəisi “qara bazar”ı himayə edir - FOTO

gence bazarAzərbaycanda manatın devalvasiyasından sonra ölkədə yaranan dollar qıtlığı “qara bazarı” yenidən canlandırdı.

Xeberinfo.com:    Hokumət rəsmilərinin buna qarşı ciddi mübarizə aparılması barədə fikirlərinə baxmayaraq, hüquq-mühafizə orqanları “qara bazar”da valyuta satışı-alışının qarşısını ala bilmədi. Düzdür, bir neçə dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu işlə məşğul olanları saxlayıb. Ancaq elə yerlər var ki, orada “qara bazar”ın fəaliyyətinə birbaşa polis rəisləri “yaşıl işıq” yandırır.
Belə məkanlardan biri də Gəncə şəhəridir. Şəhərin Mərkəzi Kolxoz Bazarı adlanan yerdə dolların alqı-satqısı açıq şəkildə aparılır. Gununsesi.info-nun əməkdaşı Gəncədə “qara bazar”ın fəaliyyəti üçün heç bir məhdudiyyətin olmadığının şahidi olub. Belə ki, şəhərin mərkəzində onlarla Post-Patrul əməkdaşlarının gözü qarşısında dollar alqı-satıqı açıq şəkildə həyata keçirilir. Əməkdaşımızla söhbətində bu işlə məşğul olan vətəndaşlardan biri polisə buna görə, haqq verildiyini deyib.
Aşağıdakı fotolardan da göründüyü kimi polis əməkdaşları bu qanunsuz fəaliyyətə müdaxilə etmir.
Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin mövqeyini öyrənməyə çalışsaq da telefon zənglərimiz cavabsız qaldı.
Onu da qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin fəaliyyətindən DİN rəhbərliyinə davamlı şikayətlər daxil olur. Məhz bu səbəbə görə, polis rəisi Faiq Şabanov nazir Ramil Usubov tərəfindən töhmət də alıb. Ancaq görünür, Faiq Şabanov öz nazirinin töhmətlərindən nəticə çıxarmır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam