Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rövşən Lənkəranskinin azərbaycanlı rəqibi öldürüldü

 

     Odessada “Veçerniy BakU” restoranında 39 yaşlı keçmiş “vorzakon” Baxış Əliyev güllələnib. 

    “xeberinfo.com” Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal dairələrdə “Vaxa” ləqəbi ilə tanınan avtoritetlə yanaşı onun mühafizəçisi də öldürülüb. 

Qeyd edək ki, Gürcüstan sakini olan, etnik azərbaycanlı Baxış Əliyevin hələ 2004-cü ildə Moskvada tacqoyma mərasimi olub. O, 2006-cı ildə azərbaycanlı iş adamı Hüseynovun oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilmir və onu ancaq xuliqanlığa görə həbs etmək mümkün olur. Belə ki, “Vaxa” girovun artıq ölmüş olduğunu bildiyi halda girovun qaytarılmasında vasitəçilik edir və onun bu davranışı oğru qaydalarına zidd hesab edildiyi üçün o, 2007-ci ildə “vorzakon” titulundan məhrum edilir. 

Daha sonra gürcü avtoritetlərlə Ded Xasan arasında yaranan münaqişə zamanı sonuncu onun hüquqlarını bərpa edir və onu Ukraynaya Lənkəranskinin mövqelərini zəiflətmək üçün göndərir. Baxış Əliyev 2011-13-cü illərdə 4 dəfə saxlanılır və Ukraynadan qovulur. 2012-ci ildə növbəti deportasiyası zamanı Əliyev İstanbulda Lənkəranskinin rəhbərlik etdiyi vorzakonlarla toqquşur. Ölümcül vəziyyətə gətirilənə qədər döyülən Əliyev bütün oğru hüquqlarından məhrum edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam