Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanli “qanuni oğru”ların ölüm tarixçəsi

Avtomobil qəzasında həlak olan da var, meyiti 9 aydan sonra tapılan da...

Yenixeber.org: Azərbaycanlı “qanuni oğru”larla bağlı mövzular həmişə oxucular tərəfindən diqqətli qarşılanır. Kriminal aləmdə öz sözü və hərəkətləri ilə tanınmış azərbaycanlı “qanuni oğru”ların bir çoxu indi həyatda yoxdur, amma onların ölüm hekayətləri hələ də maraq doğurur. Onların bəzilərinin ölümləri ilə bağlı məlumatları sizə çatdırırıq.

“Kürdəmirli  Əlipaşa” (1956-1987)

Картинки по запросу Kürdəmirli Əlipaşa

Əlipaşa Əliyev Azərbaycanda köhnə “qanuni oğru”lardan hesab olunurdu. 1956-cı ildə Kürdəmirdə anadan  olan Əlipaşa kriminal aləmdə də “Əlipaşa Kürdəmirski” kimi tanınıb. Primecrime. ru saytı onun  “maloletka”dan həbsə düşdüyünü xəbər verib. 1979-cu ildə isə Novoçerkassısk həbsxanasında cəza çəkib. “Əlipaşa Kürdəmirski” 1987-ci ildə Bakıda avtomobil qəzasında dünyasını dəyişib. Digər təfərrüatlar haqda bilgi yoxdur.  

“Lotu Bəxtiyar” (1959-1998)

Картинки по запросу Lotu Bəxtiyar

Bəxtiyar Kərimov “kriminal aləmin əfsanəsi” hesab olunur. Ona sonuncu dəfə 1996-cı ildə Bakı Şəhər Məhkəməsinin qərarı ilə 3 il həbs cəzası kəsilib.  Bayıl türməsində cəza çəkən “qanuni oğru” 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.  Məzarı Novxanıdakı kənd qəbiristanlığındadır. 

“Dağlı Cavanşır” (1967-1995)

Картинки по запросу Dağlı Cavanşır

Cavanşir Ağayev əslən Xızıdan olduğuna görə oğru aləmində “Dağlı Cavanşir” kimi tanınıb.

“Dağlı Cavanşir” SSRİ miqyasında qəbul edilmiş avtoritetlərindən biri olub. O, 1995 -ci ildə martın 22-də  Bakıda Yasamal ərazisində MTN əməkdaşları ilə atışma nəticəsində güllələnərək öldürülüb. Məzarı Yasamal qəbiristanlığındadır.

“Seymur Nardaranski” (1963-2003)

Похожее изображение

Mirseymur Abdullayev 1963-cü ildə Nardaranda doğulub.  Kriminal aləmdə də “Mirseymur Nardaranski” kimi tanınıb. 2013-cü ilin may ayın 4-də  Moskvadakı “Peşera” gecə klubunda  güllələnərək öldürülüb.

“Sabiradablı Hikmət” (1956-2006)

Картинки по запросу Sabirabadlı Hikmət

“Lotu Hikmət” təkcə MDB-də deyil, dünya çapında kriminal aləmdə nüfuzlu “qanuni oğru” hesab olunurdu.  O, 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran “Mercedes-500" markalı maşınını minmək istərkən ona avtomat və tapançadan atəş açıblar. Məzarı Sabirabadda doğulduğu Kürkəndi kənd qəbiristanlığındadır.

“Ağbaş Çingiz” (1954-2007) 

Cinayət aləmində böyük nüfuz qazanmış avtoritet Axundov Çingiz 1954-cü ildə Lənkəranda anadan olub. “Lotu Hikmət”in dostu, həm də “sağ əli” sayılan “Ağbaş Çingiz”in də qətli təxminən eyni ssenari üzrə icra olunub. Moskvanın Alabyan küçəsindəki binanın qarşısında avtomobilinə əyləşmək istərkən qətlə yetirilib. «Aqran-2000» tipli tapançadan 5 güllə ilə vurulan “qanuni oğru” oradaca həyatla vidalaşıb.

“Qorbatıy Ramiz”

Картинки по запросу Qorbatıy Ramiz

Ramiz Muxtarov. “Lotu Hikmətin” əmisi oğlu olan  “Qorbatı” (ləqəbini belində bir balaca əyrilik olduğuna görə veriblər) 2010-cu ildə qətlə yetirilib. Yerli mediaya yazır ki, həmin vaxt onun meyitini tapmaq mümkün olmayıb. Dostları, yaxınları onun çox axtarsalar da tapa bilməyiblər. Yalnız 9 ay sonra, qar əriyəndə onun meyiti üzə çıxıb. Onun da məzarı anadan olduğu Kürkəndi qəbiristanlığındadır. 

“Masalli Mamed”(1961-2011)

Картинки по запросу Masalli Mamed

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə xüsusi nüfuza malik, “Masallı Mamed” kimi tanınan Məmməd Hüseynov 2011-ci ilin mart ayının 20-də cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib.

 “Qanuni oğru”nun ölümünə səbəbin beyninə qan sızması olduğu deyilir. Hadisə 20 mart günü, günorta saatlarında baş verib. Məmməd Hüseynovun halı qəfildən pisləşib, onu xəstəxanaya çatdırıblar, həkimlər müdaxilə etməyə fürsət bulublar. Lakin arestantın  həyatını xilas etmək mümkün olmayıb. “Masallı Mamedin” ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması kimi göstərilib.  Məzarı Masallı rayonundadır.

“Lotu Qoca”(1972-2013)

Картинки по запросу Lotu Qoca

“Lotu Qoca” kimi tanınan  Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. Məlumata görə, “Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. “Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib. Məzarı Yasamal qəbiristanlığındadır.

“Vaxa” (1975-2014) 

Картинки по запросу “Vaxa” lotu

2014-cü il aprelin 7-də Odessadakı “Veçerniy Baku” restoranında 39 yaşlı “Vaxa” ləqəbli “qanuni oğru” Baxış Əliyev güllələnib. “Vaxa” ilə bərabər  onun mühafizəçisi də öldürülüb. Qətli kim(lər)in törətdiyi barədə məlumat yoxdur. Onu doğulduğu Gürcüstanda dəfn edildiyi barədə xəbərlər var.   

“Lotu Dadaş” (1973-2016)

Картинки по запросу Lotu Dadaş

 “Lotu Dadaş” Bakının ən tanınmış avtoritetlərindən biri olan Hikmət İbrahimovun ailəsində doğulub. H.İbrahimov dövrünün ən nüfuzlu avtoritetlərindən biri kimi tanınıb. O, 1937-ci ildə anadan olub, 2004-cü il xəstəlikdən vəfat edib. 2016-cı ilin aprelin 9-da Borispol hava limanında özünə yetirdiyi xəsarətlərdən sonra dünyasını dəyişib. Məzarı doğulduğu Novxanı kəndindədir. 

“Rövşən Lənkəranski”(1975-2016)

Картинки по запросу Rövşən Lənkəranski

Rövşən Canıyev (“Lənkəranski”) 1975-ci ildə   Lənkəranda anadan olub. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbayel  Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti azad olunub. Bundan sonra da bir neçə dəfə tutulub. 2016-cı il  avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilib.(müsavat)

Allah rəhmət eləsin...

ORXAN


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam