Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

AzTV rəhbərinin qardaşına qarşı şok korrupsiya ittihamı

 

   Sumqayıt mühafizə polisinin rəisi daha nələrdə ittiham olunur? 
   "xeberinfo.com": İsmayıllı rayonunun Kürdüvan kənd sakini, Rəfail Cəlalov yazdığı şikayət məktubunda oğlunun işi ilə bağlı iki ildə başına açılan oyunlardan bezdiyini qeyd etməklə yanaşı ölkədəki mövcud duruma etiraz etdiyini bildirir:
“Axı nə qədər şikayət etmək, məktub yazıb teleqram vurmaq olar? Məgər bu ölkədə qanunlar işləmir? Konkret olaraq demək istəyirəm ki, Azərbaycanda hər şey reklamdı, qanunları məmurlar tapdalayırlar. Bu ölkədə heç kimin şikayətinə baxılmır, heç kimin məktubu oxunmur”.
Savash.org-a daxil olan şikayət məktubunda Rəfail Cəlalov yazır: “2011 ci- ilin iyul ayında Sumqayıt şəhər mühafizə idarəsinin rəhbərliyi məndən 2000 manat rüşvət alıb, oğlum Səxavət Cəlalovu gözətçi qismində işə götürüb. Məndən pulu idarənin kadrlar şöbəsinin işçisi Araz Cavadov oğlum Səxavət və Əhmədəli Əhmədovun yanında alaraq bildirdi ki, rəis Akif Alışanovla danışıb işi həll edəcək. Bu pulu mən həyətimdəki üç sağmal inəyimi sataraq onlara verdim ki, oğlum cüzi də olsa, iki körpə balasını işləyib dolandıra bilsin. Güya ki, oğlum işdə iki dəfə rejim qaydasını pozub. Həmin bəhanə ilə oğlumdan iki dəfə, hər dəfə də 50 manat pul alıblar. Bu iyrənc hərəkətlərini onlar 3- cü dəfə də həyata keçirməyə nail olublar. Belə ki, oğlumu idarədə posta təyin ediblər”.
“Güya hərbi salam vermədiyinə görə işdən kənarlaşdırılıb”
Rəfail Cəlalov qeyd edir ki, oğlu idarənin həyətindəki postda olanda, rəis Akif Alışanov idarənin həyətinə daxil olub. İddialara görə güya həmin vaxt oğlum Səxavət onlara hərbi salam verməyib, gecikib və buna görə də işdən kənarlaşdırılıb. Mən rəis Akif Alışanovun qəbuluna getdim və xahiş etdim ki, oğlumu işə qaytarsın. Rəisin diqqətinə çatdırdım ki, oğlumun himayəsində iki azyaşlı körpəsi var və bunu nəzərə alsın. Rəis qəti şəkildə, bir az da kobudcasına mənə dedi ki, bu mümkün deyil, oğlunuz qanunu pozub. Ancaq hansı qanunu necə pozub, bu haqda heç nə deyə bilmədi. İşin düzəlməyəcəyini görüb mən ondan vaxtı ilə rüşvət kimi verdiyim 2 min manatı geri qaytarmasını tələb etdim.
“Oğlunuz işləyib o, pulu maaşla çıxardıb”
Rəfail Cəlalov: Mən rəisdən pulu geri tələb edəndə o, mənə cavab verdi ki, oğlunuz işləyib dediyiniz pulu maaşla çıxardıb. Mən ona sizin əməllərinizdən şikayət edəcəyimi bildirdim. Akif Alışanov üstümə qışqıraraq bildirdi ki, hara gedirsən get, kimə istəyirsən şikayət et, onsuzda prezidentdən yuxarı heç kim yoxdur. İndi də eşitdiyimə inana bilmirəm. Yəni bu xırda məmurlar belə qudurublar ki, hətta prezidenti də əla salırlar. Dediyim adamlar həm mənim pulumu alıblar, həm oğlumu şər- böhtanla işdən çıxarıblar, hələ bir utanmadan üstümə də qışqırırlar. Mən mətbuat vasitəsilə müraciət edirəm və xahiş edirəm ki, əlaqədar qurumlar Sumqayıt mühafizə idarəsinin rəisi, Akif Alışanov, onun işçiləri Araz Cavadov və Əliyar Əhmədov barəsində tədbir görsünlər, məndən aldığı pulu geri qaytarsın. Mən ölkə rəhbərliyindən vaxtaşırı belə azğınlaşmış məmurlar barəsində ciddi tədbirlər görməsini xahiş edirəm ki, mənim kimi digər məzlum insanların başına belə oyunlar açmasınlar. Belə məmurlar etdikləri hərəkətləri ilə bizləri bu dövlətdən iyrəndirirlər.
 “Hazırda mən işsizəm, necə bilərəm ki, orda nə baş verib”
Yazıda adı hallanan əslən İsmayıllı rayonunun Xankəndindən olan Əhliyar Əhmədov bildirir: “Əvvəldə bəli mən həmin idarədə serjant kimi işləyirəm. Sonradan mən nəçiyəm ki, belə şeyləri biləm, axı mənim vəzifəm yox ki, nə isə həll edim. Mən bilmirəm onu işə kim götürüb nə qədər pul alıb, pulu kim alıb mən işsiz adamam hazırda evimdə oturmuşam. Mən o, məsələni haradan bilə bilərəm. Kim nə verib, kim nə edib mənim heç nədən xəbərim yoxdur. Gərək bir təşkilatda işləyəsən biləsən ki, kim nə edir mən. Oturmuşam evimdə, nə bilim kim nə edir. Hazırda işsizəm heç harda işləmirəm”.
 “Bura daxili işlər nazirliyinin orqanıdı.Burda rüşvət alınmır”
Yazıda adı hallanan Sumqayıt mühafizə idarəsinin kadrlar şöbəsinin rəisi, Araz Cavadov isə haqqında deyilənləri yalanlamağa çalışıb: “Bəli, Əhliyar Əhmədov hazırda bizim idarədə işləyir.Səxavət Cəlalov adında vətəndaş bizdə işləyib,ancaq ciddi qanun pozuntularına görə təxminən 6 ay bundan qabaq işdən  kənarlaşdırılıb.Vətəndaş çox söz deyə bilər, indi mən də deyim ki,filankəs məndən rüşvət istəyib,  sübut olmalıdır kim istəyib, harda verilib? Bura daxili işlər nazirliyinin orqanıdır, bizdə rüşvət alınmır.Nazirlikdə təhqiqat idarəsi var. Səxavət Cəlalovun bütün sənədləri burdadı.Marağı olan şəxs buyurub gəlib yoxlaya bilər.Səxavətin atası mənim yanımda olmayıb, ola da bilməz. O heçrəisin yanında da olmayıb, yalan danışır.Mən sizə sual verirəm postu özbaşına tərk edib gedən adam bu işdə qala bilərmi?Onu dövlət bankına posta təyin ediblər, bir neçə dəfə növbəsində postu özbaşına tərk edib gedib.Bəs bu boyda qanunsuzluğu atası niyə demir? Təsəvvür edin dövlətin bankına səni posta təyin edirlər, yoxlama zamanı məlum olur ki,sən yerində deyilsən, nə bilim öz işinin dalınca getmisən. Birdən bankda hər hansı hadisə oldu,basqın oldu. Deməzlər ki,hanı sizin mühafizəçiniz.Ona görə də qanunda nəzərdə tutulmuş qaydada  cəzalandırılıb, işdən xaric olunub.Əvvəlki dəfələrdə xəbərdarlıq olunub, bağışlanıb. Daha neçə dəfə olar, axı bu oyun oyucaq deyil.Bu adam həmişə bu və digər halda daxili qaydaları pozub,nizam- intizama əməl etməyib”.
   Yeri gəlmişkən, apardığımız araşdırmalar zamanı məlum oldu ki, Sumqayıt  şəhər Mühafizə İdarəsinin rəisi  Alışanov Akif  Nizam oğlu”Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Alışanov Arif Nizam oğlunun qardaşıdır. Alışanov Akifin rəhbərlik etdiyi Sumqayıt  şəhər Mühafizə İdarəsində baş verən ozbaşınalıqlar, qanuna zidd hərəkətlər, eləcə də mühafizə idarəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birləşib şəhərdə olan bir çox müəssisələrdən, ticarət obyektlərindən əlavə haqq almasına dair redaksiyamıza ilginc məlumatlar daxil olub. Eyni zamanda həmin məlumatlarda qeyd olunur ki, əslən Qubadlıdan olan Akif Alışanov həmyerlilərindən ibarət “idarəetmə ansamblı” yaradaraq digər vəzifəli şəxslərin də səlahiyyətlərini onlara verib. İdarə rəisi AzTV sədri, deputat qardaşı Arif Alışanova arxalanaraq qanunları pozur, özünü “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə aparır,mühafizə polisində diktatura rejimi yaradıb. Akif Alışanovun rəhbərlik etdiyi mühafizə polisində bütün işlərin onun və yerlilərinin əlində cəmləşdiyini bildirən mənbə 200 nəfərdən artıq işçisi olan idarədə rəisin “ölü canlar” saxladığına, hətta öz işçilərindən də rüşvət almasına dair iddialar yer alıb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam