Qobustan bələdiyyəsindən daha bir şikayət
Xeberinfo.com: Qobustan rayon, Ximilli kənd sakini Zülfüqarov Şahkərəm Şahkərəm oğlu TİA.AZ-a müraciət edib.
Şikayət məktubunda dövlət başçısı və aidiyyatı qurumlardan kömək istənilib. Müraciəti təqdim edirik:
Mən Qobustan rayon Ximilli kəndində yaşayıram. Çox təssüflər olsun ki, mənim və ailəmin yaşamasına Qobustan rayon, Ximilli kənd bələdiyyə sədri Mirzəyev Namiq Bəybala oğlu ciddi problem yaradır, mənə və ailəmin yaşamasına imkan vermir, bizi hədələyir, kəndi öz ata malı kimi hesab edərək talayır.
Belə ki, hörmətli hüquq mühafizə orqanları nəzərinizə çatdırmaq istəyirəm ki, 03.05.2016-cı il tarixdə Qobustan rayon polis şöbəsinin rəisi əvvəlki müraciətimə görə məni çağırdı və eyni zamanda məndən sonra Qobustan rayon, Ximilli kənd bələdiyyə sədri Mirzəyev Namiq Bəybala oğlunu çağırdı ki, mənim problemimi araşdırsın.
Bu zaman rəisin yanında Bələdiyyə sədri uca səslə bildirdi ki, mən yeyib içib gəzirəm ona görə məndən şikayət edirsən, get kimə deyirsən nə edirsən et, mənim pulum rəisin qabağındakı stolu göstərdi ki, bu qədərdir, ürəyimiz və kefimiz nə istəyir etmişəm və edəcəyəm.
Cənab Prezident Sizin çıxışlarından bu kimi ədalətsiz bələdiyyə sədrləri nəticə çıxarmır, bunda pul hardandır ki, kəndin yolları, kəndin camaatı və kəndin yaşayış tərzi yaxşı olmayanda necə ola bilər ki, bələdiyyə sədri pullu olsun demək o dövlətin pulun həyasızcasına mənimsəyir, ona görə də az qalır məni və ailəmi gündə bir xarici alıb gəzdiyi maşınla tapdalasın, hətda mənim 79 sot torpağımı da mənimsəyib, mənim adıma ola ola torpağı özü əkib becərir məni yerimə yaxın buraxmır.
Qeyd etmək istəyirəm ki, Cənab Prezident, hörmətli Ədliyyə Naziri və Bələdiyyələrə iş mərkəzinin rəhbərləri bu kimi bələdiyyə sədrləri barədə ciddi tədbir görün, bu kimi insanların qanın soran, pulların camaatın gözünə soxan dövlət məmurlarını bu vəzifələrdən uzaqlaşdırılmasında bizim kənd camaatına kömək edin.
Ömrümün sonuna kimi özüm, uşaqlarım bu vətənimizə və Prezidentimizə sadiq olub, biz hər bir ailə üzvümüz daima cənab Prezidentə sadiq olmuşuq və olacağıq, amma Qobustan rayon, Ximilli kənd bələdiyyə rəisi Mirzəyev Namiq Bəybala oğlu bizə heç bir qayğı göstərmir.
Cənab Prezident demişdir mən xalqın birinci xidmətçisiyəm, digər dövlər məmurlarıda xalqa xidmət etməlidir, Qeyd etmək istəyirəm ki, Qobustan rayon, Ximilli kəndində belə deyil, cənab Prezdentin göstərişlərinə əməl edilmir, bu kimi məmurlar hesab edirəm ki, Qobustan rayon, Ximilli kəndinə və xalqımıza lazım deyildir.