Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Azərbaycanlı və erməni deputatlar arasında qarşıdurma

2224

 “Nümayəndə heyətimizin üzvləri partiya qruplarında ermənilərlə və onların tərəfdarları ilə çox ciddi söz savaşı apardılar”

“Sabah Ermənistanın işğal siyasətini qınayan iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq”.

Xeberinfo.com:  Məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa Strasburqdakı müzakirələr barədə Musavat.com-un əməkdaşının suallarını cavablandırarkən bildirib.
Deputatın dediyinə görə, AŞPA-nın qış sessiyasının başlandığı ilk gündən Azərbaycanın nümayəndə heyəti Strasburqda erməni tərəfinin ciddi əngəlləri ilə qarşılaşıb. “Buna baxmayaraq, nümayəndə heyətimizin üzvləri partiya qruplarında ermənilərlə və onların tərəfdarları ilə çox ciddi söz savaşı apardılar”-F.Mustafa əlavə edib.
Qeyd edək ki, sessiyanın 26 yanvar tarixli iclasında Azərbaycan ərazilərinin işğalı və erməni işğalçılarının Sərsəng su anbarından təhdid vasitəsi istifadəsinə dair qətnamə layihələri müzakirəyə çıxarılacaq. F.Mustafa ümid edir ki, sabah çox gərgin müzakirə gözlənilsə də, Azərbaycanın haqlı mövqeyi Avropa deputatlarının əksəriyyəti tərəfindən dəstəklənəcək: “Bu sessiyada məhbuslarla bağlı məsələ gündəlikdə nəzərdə tutulmayıb. Azərbaycanlı girovlarla bağlı məsələ də müzakirə olunacaq və burada da arzuladığımız qərarı gözləyirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam