Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkilindən İrəvan səfərinə etiraz

 

“11 fevral 2015-ci ildə Strasburqda Avronest PA-nın Büro iclası keçiriləcək. İclasda bir sıra məsələlərlə bərabər qurumun 4-cü plenar sessiyasının gündəliyinin layihəsi müzakirə ediləcək. Avronest PA-nın 4-cü sessiyası 16-18 mart 2015-ci ildə Yerevanda keçiriləcək və bu barədə qərar 2014-cü ildə Büro tərəfindən qəbul edilib”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. E. Süleymanov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illərdə davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə qəti etiraz edib:”Azərbaycan nümayəndə heyəti öz bəyanat və açıqlamalarında vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 23 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsi və Ermənistanın Avronest PA-ya həmsədrlik etməsi yolverilməzdir. Azərbaycan nümayəndə heyəti eyni zamanda birmənalı şəkildə Ermənistanda keçiriləcək sessiyaların və iclasların işində iştirak etməyəcəyini bildirib. Odur ki, Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar Azərbaycan nümayəndə heyətinin qəti etirazlarına baxmayaraq qəbul edilib. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Avronest PA-nın 4-cü sessiyası Yerevanda qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində keçiriləcək. Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə doğurmur.

Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması faktına baxmayaraq, Avronest PA nəinki ona münasibət bildirməmiş, hətta yaranmış vəziyyəti müzakirə etməmişdir. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi anlamına gəlir. Bu isə Avronest PA-nın Yerevanda keçiriləcək sessiyası gedişatında Ermənistanın öz maraqlarına uyğun istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir. Digər tərəfdən, sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır”.

Onun sözlərinə görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yaradılmış parlament təsisatı olan Avronest PA digər beynəlxalq təşkilatlar kimi işğalçı Ermənistanı öz çətiri altında saxlayır və onu Azərbaycana qarşı həyata keçirmiş olduğu təcavüz cinayəti əməllərinə görə hər hansı sanksiyalardan və məsuliyyətdən sığortalamağa çalışır:” Eyni zamanda, Avronest PA 4-cü sessiyasını qondarma erməni soyqırımı iddialarının 100 illiyi ərəfəsində Yerevanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti arasında yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş olur. Azərbaycan nümayəndə heyəti öz mövqeyində israrlıdır və biz Yerevanda keçiriləcək sessiyada iştirak etməyəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam