Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azərenerji"nin 250 əməkdaşı işdən qovuldu

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi barədə bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.

 

Xeberinfo.com:  “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib.

"Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir. Səhmdar cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib.

“Azərenerji” ASC ixtisas və bilik səviyyəsi enerjisistemin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir", - deyə məlumatda bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam