Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Silahlı insident: sabiq polis güllələndi

 

 Azərbaycan paytaxtında silahlı insident olub.
 
"Xeberinfo.com":   Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.
 
Daha sonra R. Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən R. Həsənov saxlanılıb.
 
Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam