Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ləbibovun oğlu iki şəxsiyyət vəsiqəsi işlədirmiş -HƏBS EDİLDİ

 

“Azərbaycan Nəşriyyatı” MMC-nin (“Azərnəşr”) sabiq baş direktorunun birinci müavini Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov dələduzluqda ittiham olunur.

Yenixeber.org-un məlumatına görə, o, iki nəfəri işə düzəltmək adı ilə aldadıb.

Ləbibov zərərçəkmişlərin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, o, dələduzluq yolu ilə 95 min manat pul ələ keçirib. İstintaq orqanı əvvəl onun həbsinə zərurət görməyib, məhkəməyə qədər barəsində alternativ qətimkan tədbiri seçilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Prosesdə zərərçəkmiş şəxslərdən birinin nümayəndəsi iş üçün əhəmiyyət kəsb edən bəzi məsələlər barədə məhkəməyə məlumat verib. O, təqsirləndirilən şəxsin iki şəxsiyyət vəsiqəsindən istifadə etdiyini məhkəmənin diqqətinə çatdırıb. Qeyd edib ki, bu, müttəhimin ölkədən çıxmasına gətirib çıxara bilər. Həmin səbəbdən seçilmiş alternativ qətimkan tədbirinin həbslə əvəz edilməsini xahiş edib.

Məhkəmə qısa araşdırmadan sonra təqsirləndirilən şəxsin əlavə “Kərimov Rəşad Ləbib oğlu” kimi ikinci şəxsiyyət vəsiqəsi daşıdığını təsdiq edib. Sözügedən hal təqsirləndirilən şəxsin istintaqdan yayınmasına səbəb ola biləcəyindən onun həbsinə qərar verilib. Müttəhim məhkəmə zalından istintaq təcridxanasına aparılıb.

İlk baxış iclası sentyabrın 17-si keçiriləcək.

Qeyd edək ki, Ləbib Ləbibov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, uzun müddət “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərov birinci müavini işləyib. A.Əsgərov 2021-ci ildə Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam