Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İnternet məkanı təhlükədə: Rusiya Cənubi Qafqaza nəzarəti ələ keçirir

Azərbaycanın internet məkanı təhlükədə: Rusiya Cənubi Qafqaza nəzarəti ələ keçirir

 

 

Vahid Qasımov: “Azərbaycan interneti Rusiyanın “Delta Telekom” şirkətindən alır və bütün internet onsuz da Rusiyadan gəlir”
 
Ərəstun Oruclu: “Bu, o deməkdir ki, istənilən informasiyanı dinləmək, internetin verilməsində maneələr yaratmaq, onun sürətini azaltmaq vasitəsilə təhdid etmək Rusiyanın əlindədir”
Xeberinfo.com:  Rusiyanın "VimpelCom" telekommunikasiya şirkətinin Gürcüstanın "Qafqaz Online” şirkətinin səhmlərini alması haqqında xəbərlərin mətbuatda yer alması Azərbaycanın internet təhlükəsizliyi məsələsini gündəmə gətirib. Mətbuatda Rusiyanın Azərbaycan internet məkanına nəzarət etməsi ölkənin informasiya təhlükəsizliyi baxımdan təhdidi kimi qiymətləndirilir. İddia edilir ki, Rusiya bu razılaşmanı imzalamaqla, 1200 kilometr uzunluğunda internet şəbəkəsinə nəzarəti həyata keçirmək şansını qazanacaq ki, buraya Azərbaycanı internetlə təmin edən optik liftli kabel xətti də daxildir. 
Məlumata görə, ilkin məlhələdə şirkətin hissələrinin 5 faizinin alınması nəzərdə tutulur. Məsələ ilə bağlı Rusiya şirkəti məlumat verməsə də, "Qafqaz Online”-nin təsisçisi Mamiya Sanadiradze şirkətlər arasında danışıqlar aparıldığını təsdiqləyib. Razılaşma baş tutsa, bu kabel vasitəsilə Rusiya Ermənistan internetinin 85 faizinə, Azərbaycan internerinin 50 faizinə, Gürcüstan nternerinin 55 faizinə nəzarət imkanını əldə edə bilər. Şirkətlərin razılaşması Rusiyanın Avropanı və Asiyanı bir-birinə bağlayan kabelləri nəzarətə almasına səbəb ola bilər. 
Musavat.com-a açıqlamasında mətbuatda səslənən iddiaları dəyərləndirən politoloq Ərəstun Oruclu bu durumu informasiya təhlükəsizliyi baxımından təhlükəlidir: “Siyasi danışıqlardan tutmuş, iqtisadi-maliyyə əməliyyatlarına qədər hər şey internet üzərindən həyata keçirilir. Bu səbəbdən də internetə nəzarət bu proseslərə nəzarət imkanı da verir. Bu, həm də ölkəyə internetin daxil olduğu kanala nəzarətdir. Yəni istənilən vaxt müəyyən problemlər yaratmaq, internetin verilməsində maneələr yaratmaq, internetin sürətini azaltmaq vasitəsi ilə təhdid etmək və sair mümkündür. 
Ancaq mən belə düşünürəm ki, məsələ təkcə bundan ibarət deyil. Burada biznes maraqları da var. Biznes baxımından, bu cür yatırımlar perspektivli investisiya sayılır. Ancaq istənilən halda, mən hesab edirəm ki, Azərbaycan internetinin gəldiyi kabelin 50 faizinin Rusiyanın nəzarətində olması siyasi və milli təhlükəsizlik baxımından da əlverişli deyil. Düzdür, internetə digər ölkələrində də, əsasən də ABŞ-ın nəzarət imkanları var. Lakin hazırki siyasi prosesləri nəzərə alsaq, ABŞ-dan Azərbaycana hər hansı təhdid gözlənilmir. ABŞ ən pis halda Azərbaycanı insan haqlarına hörmətlə yanaşmağı tələb edir. Rusiya isə Azərbaycanı Gömrük İttifaqına, Avroasiya Birliyinə daxil olmağa məcbur edə bilər. Ona görə də, internet şəbəkəsinin Rusiyanın əlində olması bu dövlətin Azərbaycana təsir imkanlarını da artırır. Mənim fikrimcə, bu, Azərbaycanın təhlükəsizliyi və dövlət maraqları baxımından heç əlverişli təşəbbüs deyil”. 
Politoloqun fikrincə, bu, sadə insanların da informasiya təhlükəsizliyi üçün təhlükəlidir: “Bunun üçün təkcə internet kabelinə nəzarət deyil, başqa imkanlar da var. Ancaq təbii ki, həmin kabelin daxilində ayrıca internet kanalları da var ki, sırf dövlət qurumlarının, yüksək rütbəli şəxslərin yazışmaları üçün nəzərdə tutulub. Bu baxımdan dövlətin təhlükəsizliyi daha çox təhdid olunur”. 
İnternet üzrə mütəxəssis Vahid Qasımov da təsdiqləyib ki, texniki baxımdan kabel xətti  vasitəsilə yazışmalara və telefon danışıqlarına nəzarət etmək mümkündür: “Bu yolla informasiyalara nəzarət etmək nəzəri baxımdan mümkündür. Ancaq bu məsələnin bu qədər qabardılması anlaşılan deyil. İndiyə kimi əgər bu, Gürcüstanın nəzarətində idisə və bu, sizi narahat etmirdisə, indi Rusiyanın nəzarətinə keçməsi nə üçün narahat edir? Əgər Rusiyanın nəzarətində olması təhlükəlidirsə, Azərbaycan interneti “Delta Telekom”dan alır və bu da Rusiyanın internet provayderidir. Azərbaycanın bütün interneti onsuz da Rusiyadan gəlir. Yəni, Rusiya təhlükəsizlik orqanları Azərbaycanda yazışmalara nəzarət etmək istəsələr, bu yolla nəzarət edəcəklər. Üçüncü bir tərəfdən, müasir texnologiyalar o qədər də primitiv deyil ki, onlar açıq şəkildə informasiyanı ötürsünlər və buna sadə yolla kabeldən nəzarət etmək olsun. Çünki, lazım olan informasiyaların hamısı kodlaşdırılmış şəkildə ötürülür. 
Ona görə də, kanala nəzarət edən şəxs informasiyanı əldə etsə belə, kodlaşdırılmış şəkildə göndərildiyi üçün şifrəli mətni açmalı olacaq. Bunun üçün həddindən artıq xüsusi imkanlar olmalıdır ki, həmin informasiyalar oxuna bilsin. Bu baxımdan narahat olmağa dəyməz. Əgər siz təhlükəsiz protokollardan istifadə edirsinizsə, bütün məlumatlar kodlaşdırılmış formada göndərilir. Bütün normal saytlar, facebook, gmail və digərləri də bu sistemlə işləyir. Ona görə də normal halda ona nəzarət etmək çətin məsələdir”. 
Dövlət qurumlarının yazışmalarına nəzarət edilməsi məsələsinə gəlincə, ekspert bildirdi ki, bu qurumların yazışmaları xüsusi şəkildə kodlaşdırılır: “Xüsusi strukturlar isə onsuz da, kabelə nəzarət etmədikdə belə, istədikləri informasiyanı əldə edə bilərlər, edirlər də... Sadə vətəndaşların narahatlığına heç bir səbəb yoxdur. Ancaq xüsusi strukturlar üçün maraq kəsb edən şəxslər, dövlət rəsmiləri və digərləri onsuz da daim nəzarətdədirlər. Burada hansısa Rusiya şirkətinin internet kabellərinin mülkiyyətçisindən pay alması heç nəyi dəyişdirmir. 
Dövlət  və hökumət rəsmilərinin yazışmalarına gəlincə, bu, həmin dövlətin xüsusi qurumları tərəfindən təhlükəsizləşdirilməlidir, təhlükəsizləşdirilir də... Əgər o stukturlar öz funksiyasını icra edə bilmirsə, bu, başqa məsələdir. Burada internet kabelinə hansı dövlətin nəzarət etməsi heç bir əhəmiyyət kəsb etmir. Bu, dövlət maraqları, dövlət təhlükəsizliyi baxımından heç bir təhdid deyil”.  
Azərbaycan tərəfinin bu cür iddialarına cavab verən gürcü media-eksperti Uça Seturi deyib ki, bu, siyasi deyil, iqtisadi bir addımdır: “Gürcüstan nə Ermənistan, nə də Azərbaycan üçün internet verilməsinin qarşısını almağa haqqı olmadığını çox gözəl başa düşür. Bu, ilk növbədə Gürcüstana lazımdır. Bu kabel Ermənistana internetin verilməsi və ondan trafikin alınması üçün nəzərdə tutulub. Bu, heç bir siyasi çaları olmayan biznesdir, Gürcüstan Azərbaycan və Ermənistanın siyasi oyunlarına qarışmır və qarışmağa da hazırlaşmır”.
“Əgər onlar satılsa belə, alıcının dəqiq hüquq və vəzifələri olacaq. Gürcü bazarı sahibkarlardan asılı olmayaraq, hamı üçün açıqdır”, - deyə Uça Seturi əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam