Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İnternetin sürətində yaranan problemlərin səbəbi bəlli oldu

İnternetin sürətində yaranan problemlərin səbəbi bəlli oldu

 

 

“Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib

 

Yenixeber.org: “Delta Telekom LTD” MMM-dən bir neçə yerli provayderlərin öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, onlara olan borcların ödənmədiyi, nəticədə maliyyə çətinlikləri yarandığı qeyd edilib.

Son vaxtlar ölkədə internetin sürəti və keyfiyyətinin aşağı səviyyədə olması, xüsusilə pik saatlarda dözülməz həddə çatması haqqında mətbuatda ciddi müzakirələr gedir. Bununla əlaqədar deyə bilərik ki, bu cür narazılıqların yaranmasına səbəb ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda, texnologiyanı yeniləməməsi, ən əsası isə, müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq, aldığı internet yükünü artırmaması nəticəsində baş verir. Nəticədə müxtəlif statistik göstəricilərdə və beynəlxalq müzakirələrdə, eləcə də, ölkəmizə gələn qonaqlarda Azərbaycanda internet sürətinin aşağı səviyyədə olması barədə rəylər səslənir.  

 “Delta Telekom LTD” MMM-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yaxın günlərdə bir neçə provayderə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir: “Müəssisəmiz tərəfindən göstərilən xidmətlərlə yanaşı, problemlər də mövcuddur. Yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, müəssisəmizə olan borclarını ödəmir və maliyyə çətinlikləri yaranır. Uzun müddət bu hallara güzəştlə yanaşsaq da, artıq problemin məhkəmə yolu ilə həll olunmasına çalışırıq. Hazırda “Qlobal Netvorks” MMC, “CNC AZ” MMC,  “Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi davam edir. Həmin provayderlərin toplam olaraq üç milyon manatdan artıq borcu vardır. Bununla əlaqədar olaraq hər üç şirkətə göstərilən xidmətlərə məhdudiyyət tətbiq olunur ki, bundan da həmin provayderlərin müştəriləri əziyyət çəkir. Baxmayaraq ki, müştərilər pullarını əvvəlcədən ödəyiblər. Yaxın günlərdə bu provayderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir. Yuxarıda qeyd olunan provayderlərin müştərilərinə bildirmək istərdik ki, internet xidmətləri dayansa, problemin müəssisəmizdən qaynaqlanmadığını, pulunu əvvəlcədən ödədikləri provayderlərin yarıtmaz işi nəticəsində baş verdiyindən məlumatlı olsunlar”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam