Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏLİ ƏSƏDOVA QARŞI ŞOK İTTİHAMLAR

ali-asadov-komekci1I hissə

Son zamanlar ictimaiyyətə bəlli olduğu kimi kölgə kabineti məmurlarının, daha doğrusu, oliqarxların həbsləri və törətdikləri cinayət əməlləri barədə söz-söhbətlər səngimir.

Xeberinfo.com:   Bütün ictimaiyyət onlar barəsində daha hansı ciddi addımlar atacağını gözləyir. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, PA rəhbərinin müavini Əli Əsədov barədə araşdırmanı təqdim edirik:

Əli Əsədov 2 milyard pulu ölkədən kimlə çıxardı?

bayraqidaresi-resadBeynəlxalq bankdan 6 milyard manatın qısa müddət ərzində girovsuz kreditlər şəklində kölgə kabinet üzvlərinə və onlara yaxın olan dırnaqarası oliqarx-biznesmenlərə verilməsində, MTN-nin sabiq naziri Eldar Mahmudov tərəfindən 2 milyard pulun ölkədən çıxarılmasında Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov təşkilatçılıq etmişdir. Əli Əsədov bu günə qədər 100 milyonlarla büdcə vəsaitini və vətəndaşların əmlakını qanunsuz sökərək onlara catacaq pulları, vəsaitləri dələduzluq yolu ilə mənimsəmişdir. Əli Əsədov 2 milyard pulu MTN-nin Binə hava limanında şöbə rəisi və “Silkvey” şirkətinin yük daşımaları üzrə komandiri Şəmistan Mirsalayev və onun işçiləri vasitəsilə ölkədən çıxarmışdır. Əli Əsədov İstanbulda “Azimport” MMC-də şərikləri olan erməni əsilli Rəşad Məmmədovun, onun qaynı Azər Əsgərov və Xəzər rayon İH Başçısı Gülağa İsmayılovun adına 3 ədəd mehmanxana almışdır.

Musa Süleymanovu Azərbaycandan kim qaçırdı?

musajghjghjgh654Əli Əsədov bulvarın rekonstruksiya işi və genişləndirilməsi, Fontanlar meydanının yenidən qurulması və digər layihələrdə şərik olan “TV Musa” ləqəbli Musa Süleymanovun adına Beynəlxalq bankdan 100 milyon manat girovsuz kredit götürmüşdür və bu pullar Batumidə otel və kazino tikintisində istifadə olunur. 2015-ci ilin may ayında DİN MCQMİ tərəfindən saxlanılan Musa Süleymanovun azad dilməsi və Azərbaycandan qaçmasını da Əli Əsədov təşkil etmişdir.

Son 5 ildə qəzet və saytlarda Əli Əsədov, Eldar Mahmudov, Cahangir Hacıyev, Cahangir Əsgərov, Kərəm Həsənov və onlara məxsus şirkət, MMC, Firma, MTK-lar tərəfindən, eləcə də tabeliklərində olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə çap edilən məqalə və məlumatların araşdırılması nəicəsində belə qərara gəlmək olar ki, Əli Əsədov tərəfindən hazırlanan gizli plan üzrə regionun ən zəngin bankı olan “Beynəlxalq bank”, “Texnikabank” və kölgə kabinetinin təsiri altında olan bəzi nazirlik, şirkət və iri müəssələr (Nəqliyyat Nazirliyi, “Azərsu” QSC, “AZAL” QSC, “Azərenerji” QSC və s.), onları idarə edənlər tərəfindən qəsdən israf edilən və mənimsənilən dövlət investisiyaları və nəzarətlərində olan bir neçə bank sıradan çıxarılmalı, süni surətdə yaradılan maliyyə böhranı nəticəsində pulu mənimsənilmiş xalq ayağa qalxmalı və bu da siyasi hakimiyyətin devrilməsinə gətirib çıxarılmalı idi. Başda Əli Əsədovla Eldar Mahmudovun olduğu kölgə kabineti hakimiyyəti nəticədə ələ almalı idi.
Əli Əsədovun “ulduzu” Dənizkənarı parkın və sonradan “Bayraq meydanı”nın inşası ilə əlaqədar parlamağa başladı. O, qısa müddətdə təkcə Buzovna qəsəbəsində hər kvadrat metri üçün büdcədən 1.659 manat silinərək, guya mağazaları sökülən şəxslərə kompensasiya kimi veriləcəyi adı altında inşa etdirdiyi 158 ədəd bir və iki mərtəbəli mağazalara sahib çıxdı. Onları icarəyə verdi. İcarə haqlarını mənimsədi və ildırım surəti ilə varlandı. Qısa müddət keçmədi ki, artıq özünü Azərbaycanın oliqarxı saydı və bu titula uyğun qoçu və mühafizə dəstəsi saxlamağa başladı. Eyni zamanda “restoranlar kralı”na çevrildi.

800 min manata restoran, 250 min manata yeməkxana, 1 milyona torpaq hansı pula alınıb?!

2014-02-24 13-20-09(1)Görəsən, 800 (səkkiz) yüz min manata aldığı “Reyhan” restoranının pulunu, 250 min manata indiki Buzovna Bələdiyyəsinin sədri olan M.Əliyevdən aldığı Buzovna-Maştağa yolunun üstündə yerləşən “My friend” restoranının pulunu haradan almışdı? Həmin yolun üstündə hər sotu 10 min manata aldığı 1 (bir) hektara yaxın torpaq sahəsində 2012-ci ildə inşa etdirdiyi və dənizkənarı milli parkın direktoru olan qaynı Əfqanın adına rəsmiləşdirdiyi, faktiki olaraq özünə məxsus olan, oliqarxların heç birinə mənsub olmayan 5 (beş) mərtəbəli mülkün torpaq sahəsini Əli Əsədov hansı pullarla almış və tikdirmişdir? Axı təkcə 1 (bir) hektar torpaq sahəsinin orada bazar qiyməti hər sot üçün 10 (on) min manatdır. Başqa sözlə, torpağa 1 (bir) milyon, həmin mülkün tikintisinə isə ən azı 500 (beş yüz) min manat pul xərcləyən Əli Əsədov maaşla dolanan dövlət məmuru sayıla bilərmi? Yoxsa, o, oliqarxdır? Əgər oliqarxdırsa, hansı zavod və fabrikin sahibidir? Bu qədər vəsaiti qanuni yolla qazanıbsa, nə qədər vergi ödəmişdir? Qeyd etmək lazımdır ki, Əli Əsədov Buzovna sakinləri olan və obyektlərinin mülkiyyətdə olmasını təsdiq edən sənədləri belə olmayan Həsənov Rizvana, Akşin Əlizadəyə, keçmiş Bələdiyyə sədri, hal-hazırda bələdiyyə sədrinin muavini olan Rahib Rzayevə məxsus torpaq sahələrində büdcə hesabına onlar üçün yeni obyektlər tikdirmişdir. Buzovna qəsəbəsində yerləşən “Ceyhun”market birmərtəbəli, cəmi 120 kvm. olduğu halda, büdcədən sökülmüş obyektə görə pul almış, həmin marketin sahibi üçün qəsəbənin Güloğlan Məmmədov küçəsində ikimərtəbəli (3-cü mərtəbəsi mansard və zirzəmisi olan), sahəsi ən az 600-700 kvm. olan mağaza tikdirmişdir. Bütün bunları dövlət büdcəsinin hesabına etmişdir, niyə? Bu mağazanın inşası da digər mağazaların inşası kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində, bu barədə torpağın ayrılması barədə bələdiyyənin sərəncamı olmadan inşa edilmişdir. Bəs niyə görə Bələdiyyə sədri buna göz yumur?

Aldığımız məlumata görə, sökülən 27 obyektdən cəmisi 2-3 obyektin sənədlərini çıxmaq şərti ilə qalan 25 obyektin sənədləri saxta olsa da, büdcədən onların sahiblərinin adına pul vəsaiti cıxarılaraq Əli Əsədov və Gülağa İslamov tərəfindən mənimsənilmişdir. Bundan savayı, mülkiyyət hüququnu təsdiq edən sənədləri olan Məşədi ağa Hüseyn adlı şəxsin 600 kvadrat metrdən ibarət sökülmüş dükanının pulu büdcə hesabına ödənilsə də, yenidən ona Rasim İmanov küçəsi 2a saylı, 2 mərtəbəli evlərin həyətində – həmin evdə yaşayan insanların uşaq və qocaların istirahəti üçün nəzərdə tutulan həyətin daxilində 700 kv metrə yaxın bələdiyyə mülkiyyətində olan torpaq sahəsi verilmişdir.

78Bu torpaq sahəsi “Azimport” MMC tərəfindən zəbt edilərək (bələdiyyə sədrinin razılığı ilə) orada Məşədi ağa Hüseyn üçün 2 (iki) mərtəbəli 1.400 kvadrat metrə yaxın “Bakı Ticarət Mərkəzi” adlı dükan tikilmişdir və tikinti büdcə hesabına inşa edilmişdir. Kompensasiya pulları isə mənimsənilmişdir. Yenə də Buzovnada yerləşən 14 saylı poliknika yanında Rasim İmanov küçəsində rus millətindən olan Alla Koryagina adlı şəxsin 2 (iki) mərtəbəli, 1-ci mərtəbəsi “Gözəllik salonu”, 2-ci mərtəbəsi yaşayış sahəsi olan evi, onun arxasında olan qarajlar, onlardan sonra yerləşən və bağ sahəsi kimi istifadə olunan 8 sot torpaq sahəsi və həmin sahədə olan 3 ədəd qaraj, həmin sahədən sonra yerləşən və ARDNŞ-ə məxsus ümumi sahəsi 200 kvadrat metr olan istixana və vətəndaş Sevda Qurbanovaya məxsus “Gözəllik” salonu qanunsuz olaraq sökülmüşdür.

Alla Koryaginaya qəsəbənin arxasında inşaat norma və qaydalarını kobud surətdə pozaraq Məhərrəm adlı şəxsə məxsus torpaq sahəsində büdcə hesabına ev tikilmiş, digər vətəndaşlara məxsus torpaq sahəsi zəbt edilrək büdcə hesabına uzunluğu 100 metr, eni bir tərəfdən 12 metr, digər tərəfdən 18 metr olan 2 (iki) mərtəbəli, ümumi sahəsi 3 (üç) min kvadrat metrdən çox olan bina inşa edilmişdir. Bu bina sonradan “Azimport” MMC-nin iş icracısı Fazil adlı şəxsin adına rəsmiləşdirilmiş, faktiki olaraq “Azimport” MMC-nin hüquqi və faktiki sahibləri olan Azər və Əli Əsədova məxsusdur.

Prezidentin sərəncamı Əli Əsədovun “Azimport” MMC şirkətinə işləyib?!

1ELIƏn dəhşətlisi budur ki, Prezidentin sərəncamı ilə 2011-2013-cü illər üzrə Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Agentliyinin sifarişlərinə daxil edilmədən, bütün işlər qapalı şəkildə Əli Əsədova məxsus “Azimport” MMC tərəfindən həyata keçirilmişdir. Daha doğrusu, bu MMC Buzovnada və Buzovna-Maştağa yolunda Əli Əsədova, Xəzər RİH başçısı P.İslamova, onun müavini, hazırda işdən çıxarılmış Əli Heydərova, RİH-in təsərrüfat şöbəsinin müdiri İ.Qəmbərova məxsus 100 dən çox iaşə, xidmət və ticarət obyektlərinin tikinti və bərpasını, yenidən qurulmasını həyata keçirilməklə məşğul olmuşdur. Bu qanunsuz fəaliyyət hələ də davam edir. Əli Heydərovla İmran Qəmbərova şərikli qaydada ancaq Rasim İmanov 3 və 3 “a” saylı 9 mərtəbəli binaların həyətində 62 ədəd ticarət obyektləri, “Xəzər” şadlıq sarayı və ona bitişik həmin binalara məxsus istixananın binası sökülərək yerində inşa edilən 2-cü şadlıq sarayı, Buzovna-Maştağa yolunun solunda “Aida” uşaq parkının qarşısında 30 ədəd bir cərgədə inşa edilmiş obyektlər məxsusdur. İş o yerə çatıb ki, bir tərəfdə həmin məmurların çoxsaylı obyektləri üzərində tikinti-təmir işləri getdiyi, həmin obyektlərə gedən yollar asfalatlandığı, ətrafına gül-çiçək əkildiyi, yaşıllıq salındığı halda, beş addımlıqda yerləşən Buzovna sakinlərinin hərəkət etdiyi yolların palçıq və gölməçəli yolları ürək ağrıdan mənzərə yaradır. Sadə insanların yaşadığı evə qaz verilmədiyi, həyətləri zibillikdən təmizlənmədiyi halda, Əli Əsədov və qeyrilərinin obyektlərinə və mülkləri ətrafına qədər hər cürə şərait yaradılmış və asfalt çəkilmişdir.

Bacısının rahatlığı naminə yolu bağladıb

Əli Əsədov o qədər özbaşına və vəzifədən sui-istifadə hallarına yol verərək özünün mötəbərliyini ətrafdakıları nümayiş etdirir ki, onun bacısının adına rəsmiləşdirdiyi Aruz Mirzəyev küçəsi ilə 8 mart küçəsinin kəsişən hissəsində yerləşən çəpəri boyu asfalt döşətdirmiş və həmin qəsəbə daxili yol düz Maştağa-Buzovna yolunda yerləşən yeraltı keçidə qədər uzandığı halda, həmin yolun qalan hissəsini bağlatdıraraq maşın səsindən özünü sığortalamışdır. Bunlar prezidentin çıxışlarında dediyi ürəkağrıdan mənzərədir, məmur harınlığıdır, rüşvət və korrupsiya hallarıdır, istər-istəməz sakinlər arasında qəzəb hissi ilə qarşılanır. Qeyd etmək istəyirik ki, əgər ölkədə korrupsiyaya qarşı mübarizə gedirsə, necə olur ki, Buzovna qəsəbəsində uzun illər boyu fəaliyyət göstərən “Mədəniyyət sarayı” saxta rəy alınaraq sökülür və yerində Əli Əsədovun özünün adına rəsmiləşdirilən mehmanxana kompleksi inşa etdirilir? Görəsən, bu mehmanxana hansı vəsait hesabına, kimə hədiyyə kimi inşa edilmişdir?

Heydər Əliyevin büstünün yerinə kimin üçün mehmanxana?!

(ardı var)

Bəxtiyar Məmmədov
“İnamla Hüquq” MMC-nin direktoru(xural.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam