Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əli Əsədov ölkə başçısının yanında etimadını niyə itirib?

 

İlham Əliyev nazir müavinini özünə köməkçi təyin etdi; Natiq Əmirova iqtisadi islahatları kurasiya etmək həvalə olundu; 1998-ci ilin aprelindən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Əli Əsədovun sonrakı taleyi ciddi sual altına düşüb 

 

Xeberinfo.com:   İlham Əliyev yanvarın 25-də Natiq Əmirovu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinə təyin edib.

Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu. N.Əmirov 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini bitirib. 1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib. 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsini tutub.
 
 
2000-2001-ci illərdə Bakı şəhəri, Səbayel rayonu Vergilər İdarəsinin rəis müavini, 2001-2003-də Vergilər Nazirliyi İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəis müavini postunda çalışıb. 2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub. N.Əmirov 2005-ci ildə vergilər nazirinin müavini, 2009-cu ilin martında vergilər nazirinin I müavini vəzifəsinə təyin edilib. 
***
Prezidentin bu təyinatının neftin qiymətinin kəskin düşməsindən sonra Azərbaycanda yaranmış yeni iqtisadi şəraitdən irəli gəldiyi aydındır. İqtidar ciddi islahatlar ərəfəsindədir və görünür, prezident özünün inandığı kadrı köməkçi vəzifəsinə gətirməklə daha işlək bir mexanizm yaratmağı düşünür. 
 
İndilikdə bu təyinatı daha ilginc edən səbəb prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla bağlıdır. Çünki bu sərəncamla 1998-ci ilin aprelindən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Ə.Əsədovun sonrakı taleyi ciddi sual altına düşüb. Həm də Prezident Administrasiyası rəhbərinin müavini olan Ə.Əsədovun köməkçi vəzifəsindən azad edilməsi barədə hələ ki rəsmi xəbər yayılmayıb. Amma belə görünür ki, N.Əmirova məhz Ə.Əsədovun kurasiya edəcəyi sahə həvalə edilib, üstəlik, səlahiyyətləri daha da genişləndirilib. 
Uzun illərdir prezidentin iqtisadi komandasında ən vacib fiqurlardan biri olan Ə.Əsədov son aylar prezidentin açılışlarında gözə dəymir, müşavirələrində isə arxa planda görünür. 
 
Eldar Mahmudov ötən ilin oktyabrında  milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Əsədov da hədəfə gəlmişdi. Onun E.Mahmudovla yaxınlığı barədə mediada hələ nazirin mövqelərinin ən güclü olduğu vaxtdan yazılırdı. Məlumatlarda deyilirdi ki, Əli Əsədovla Eldar Mahmudov hələ gənclik illərindən dostluq ediblər, ali məktəbdə birgə  oxuyublar. Eldar Mahmudovun 2014-cü ildə nazir vəzifəsinə  təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilirdi. İddia olunurdu ki,  MTN şefi uzun illər fəaliyyətini onunla birgə koordinasiya edib, hətta Ə.Əsədovun tapşırıqlarının icraçısı olub. 
 
Maraqlıdır ki, onun adı Beynəlxalq Bank işində də hallanır. İddialara görə, milyon manatlarla kreditlərin verilməsində onun da ciddi rolu olub, müəyyən iş adamlarını himayə edərək onlara külli miqdarda kredit ayrılmasına nail olub. Ə.Əsədov bu xəbərlərə indiyədək cəmi bir dəfə reaksiya verib. O, Eldar Mahmudovun əleyhinə danışmayıb, həbs edilə biləcəyi ilə bağlı iddiaları isə rədd edib.     
 
Məlumdur ki, Bakının abadlıq-quruculuq işləri uzun illər Əli Əsədovun nəzarətində olub. Bu səbəbdəndir ki, İlham Əliyev paytaxtda görülən abadlıq-quruculuq işləri ilə tanış olarkən, yaxud açılış edərkən onu Bakının icra başçısı deyil, adətən Əli Əsədov müşayiət edirdi. Onun adı Bakı meri ola biləcək şəxslər sırasında da həmişə ön sırada çəkilirdi.  
 
Ə.Əsədovun ölkə başçısının yanında etimadını hələ may ayında, Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra itirdiyi iddia olunurdu. Bundan sonra Əli Əsədovun kurasiya etdiyi Dövlət Bayraq Meydanı İdarəsində (bu günlərdə Bakı Bulvar İdarəsinə birləşdirilidi - red) külli-miqdarda yeyinti faktları üzə çıxdı. E.Mahmudovun “vurulmasından” sonra isə Ə.Əsədov prezidentin ətrafından uzaqlaşdırıldı. 
Yayılan məlumatlarda o da bildirilirdi ki, artıq Əli Əsədovun kurasiya etdiyi şirkətlər də başqa şəxsin idarəçiliyinə verilib. Bununla yanaşı, onun siyasi proseslərə təsir imkanları da əlindən alınıb. Onun tutduğu vəzifələr faktiki olaraq formal xarakter daşıyır ki, prezidentin son sərəncamı da bunu təsdiqləmiş oldu. 
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam