Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

MTN-də Tağı Əhmədov barəsində hansı kompromatlar olub?

tagi-ehmedovBakı Metropoliteninin keçmiş rəisi ilə Akif Çovdarov arasında «3 milyon manat sövdələşməsi»nin yeni detalları

Xeberinfo.com:   Bir neçə gündür ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov medianın gündəmindədir. Səbəb keçmiş MTN şefi Eldar Mahmudovun yaratdığı dəstənin ən əsas fiqurlarından biri, hazırda həbsdə olan Akif Çovdarovun ondan təhdid yolu ilə 3 milyon manat pul almasıdır.

Tağı Əhmədov özü bu barədə yayılan məlumata münasibət bildirməkdən imtina edib. Bu da məlumatın əsassız olmadığına şübhələri artırıb. Lakin Tağı Əhmədov hansı səbəbdən Akif Çovdarovun təhdidindən çəkindiyi, niyə bu barədə “yuxarılar”a məlumat vermədiyi bəlli deyil. Ehtimal olunur ki, MTN-də Tağı Əhmədov barədə çox ciddi kompromat olub. Əks halda Bakı Metropoliteninin keçmiş rəisini ram etmək asan olmazdı. Dünən bu mövzuda redaksiyamıza daxil olan məlumatlar da bu ehtimalı gücləndirir. Məlumatlarda bildirilir ki, Tağı Əhmədovla prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dost olub. Əli Əsədov isə keçmiş MTN şefi Eldar Mahumdovun yaxın qohumudur. Hətta bəzi iddialara görə, Eldar Mahmudovun nazir təyin olunmasında Əli Əsədovun da mühüm rolu olub. Bundan başqa Tağı Əhmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mərhum qardaşı Mais Mehdiyevlə də yaxın dost olub. Bu halda sual olunur: Nədən Əli Əsədov və Mais Mehdiyev Tağı Əhmədova yardım etməyib? Axı Əli Əsədovun Eldar Mahmudova bir xahişi bəs edərdi ki, Akif Çovdarov Tağı Əhmədovdan əl çəksin. Yaxud mərhum Mais Mehdiyev vasitəsilə məsələyə hakimiyyətin siyasi qanadına rəhbərlik edən Ramiz Mehdiyev müdaxilə edə bilərdi. Məgər Akif Çovdarov adıçəkilən məmurlardan daha güclü fiqur idi? Bu sualların cavabı açıq qalır. Bəzi iddialara görə, MTN-də Bakı Metropolitenində böyük yeyintilər barədə ciddi faktlar olub. Mümkündür ki, Tağı Əhmədov da bu faktlarla şantaj edilib. Bu halda Bakı Metropoliteninin keçmiş rəisinin “yuxarılar”a şikayət etməsi onun həbsilə də nəticələnə bilərdi. Ona görə də Tağı Əhmədov ona kəsilən “xərac”ı ödəməklə canını qurtarmağa çalışıb.

Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam