Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN generalı Elmar Hüseynovun qətlində şübhəli bilinir

Milli Məclisin (MM) İqtisadi Qanunvericilik Şöbəsinin sektor müdiri Ruslan Çovdarov bir neçə gün qabaq işdən çıxması ilə bağlı ərizə yazıb və 27 oktyabr tarixindən etibarən işdən çıxıb. Hazırda o, Milli Məclisin əməkdaşı deyil”.

"Xeberinfo.com":   Məlumata görə, bunu ANS PRESS-ə açıqlamasında MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, Ruslan Çovdarov parlamentin İqtisadi Qanunvericilik Şöbəsinin sektor müdiri işləyib və işdən çıxması üçün səbəb açıqlamayıb.
Dünən R. Çovdarovun işdən çıxarılması, hazırda onun Milli Məclisin aparatında qohumunun da işlədiyi barədə məlumatlar yayılıb.
Ruslan Çovdarov eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğludur.
Oktyabrın 17-də Baş Prokurorluğun və Baş Dövlət Xüsusi Mühafizə İdarəsininəməkdaşlarıMTN-də xüsusi əməliyyat keçirib.

Eldar Mahmudov- Sabiq MTN naziri

Həm.in gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb. Xüsusi əməliyyat zamanı MTN-in əksər rəhbər şəxləri nəzarətə götürülüb, 12 rəhbər şəxs – Hilal Əsədov, İlqar Əliyev, Natəvan Mürvətova və Akif Çovdarov və digəriləri həbs olunublar.
Bəs MTN-in həbs edildiyi iddia edilən və oğlu işdən çıxan generalı Akif Çovdarov kimdir?
“Gündəm xəbər” qəzeti bu suala aydınlıq gətirib. Qəzet yazır ki, Akif Çovdarov vaxtilə Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində işləyib. Dustaqlara qarşı çox qəddar davranışı ilə yaddaşlarda qalıb: “Həmin vaxt müəssisənin rəisi Ramiz Heybətov, Akif Hacıyevlə Elxan Sadıqov isə müavin olublar. Akif Çovdarovun onlarla, xüsusən də Akif Hacıyev və Elxan Sadıqovla çox yaxşı dostluq münasibətləri olub və indiyədək də davam edir. Akif Hacıyev Rövşən Cavadovun bacısının yoldaşıdır”. 
Qəzet Akif Çovdarovun Cəbhə hakimiyyətə gələnə qədər Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışdığını da yazır. Qeyd olunur ki, AXC hakimiyyətə gəldikdən sonra Akif Çovdarov vəzifəsindən uzaqlaşdırılıb. Növbəti hakimiyyət dəyişikliyindən sonra Çovdarov yenidən sistemə qayıdıb. Milli Təhlükəsizlik Nazirliyinə isə Çovdarovun qayınatası gətirib:“Çovdarovun qayınatası təhlükəsizlik işçisi olub və onu bu sistemə işə də o gətirib”.
Qəzet A.Çovdarovun cinayət aləmi ilə, Hacı Məmmədovla münasibətlərinin olmasını da yazır: “Akif Hacıyev Hacı Məmmədov olayından sonra bu sistemdən uzaqlaşdırılıb. Bu səbəbdən də Akif Çovdarovla Hacı Məmmədovun şəxsi münasibətlərinin ola biləcəyi də istisna edilmir”.
Akif Çovdarovun şəxsi keyfiyyətlərinə gəldikdə isə o, yuxarıdan verilən tapşırıqları dərhal və heç bir tərəddüdsüz, eyni zamanda ehtiyac olanda xüsusi qəddarlıqla icra edən bir şəxs kimi xarakterizə edilir.
Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev 2010-cu ildə mart ayının 3-də Bakı Apelyasiya Məhkəməsinə yolladığı şikayət ərizəsində, martın 10-da isə prezidentə ünvanladığı məktubda hökumətin Elmar Hüseynovun qətlinin araşdırılmasında yaratdığı maneələri qeyd etməklə, 5 oktyabr 2006-cı ildə Tbilisidə Azərbaycan hakimiyyətinin guya Elmar Hüseynovun qətlinə görə İnterpol xətti ilə barələrində axtarış elan etdiyi şəxslərlə görüşdüyünü bildirir: “Caniləri həbs etmək əvəzinə MTN ona və araşdırma ilə məşğul olan İctimai Komissiyanın digər üzvlərinə fəaliyyətə son qoymaq tələbi ilə təzyiq kampaniyasına başlayıb. Onlardan şübhəli şəxslər – Teymuraz Əliyev, Tahir Xubanov və Serq Darvişev haqqında məlumatı yaymamaq haqqında iltizam alınıb: “Başqaları araşdırmanı dayandırdılar, mən isə davam etdirdim və belə bir nəticəyə gəldim ki, bütün şübhələr bir şəxsin – MTN zabiti Akif Çovdarovun üzərinə cəmləşir”.

Elmar Hüseynov-qətlə yetirilmiş jurnalist

“MTN işi” ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

AzPolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam