Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN-in generalı Akif Çovdarovun oğlu da cəzalandırıldı

 

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək çinli zabitlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə dair faktlar üzə çıxdı.
"Xeberinfo.com": Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq, istintaq-əməliyyat qrupu yaradılıb MTN-nin 7 zabiti həbs edilib.
Baş Prokurorluğun bununla bağlı yaydığı rəsmi məlumatda həbs edilən MTN əməkdaşlarının adları açıqlanmadığından 7 nəfərin kimlər olduğu dəqiq bilinmir.
Bununla yanaşı, sabiq nazirin kadrlarından sayılan MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov haqqında da ziddiyətli xəbərlər yayılır. Onun gah saxlanıldığı, gah da nəzarətə götürüldüyü bildirilir.
Hakimiyyət dairələrindən Modern.az saytına Akif Çovdarovla bağlı yeni məlumat daxil olub. 
Əldə etdiyimiz məlumatda bildirilir ki, A.Çovdarovun oğlu Ruslan Çovdarov çalışdığı işdə yol verdiyi davamiyyətsizliyə görə cəzalandırılıb. Ruslan Çovdarova konkret olaraq töhmət verilib.
Qeyd edək ki, Ruslan Çovdarov xeyli müddətdir Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri işləyir.
Xatırladaq ki, Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam