Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycandakı partlayışların səbəbi

 

“Baş verən partlayışlarla bağlı araşdırmanı biz aparmırıq”.

    "xeberinfo.com: Bu sözləri açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Azərbaycanda bir gündə 4 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 4 güclü partlayışın terror olması ehtimalına qiymət verərkən deyib.

O, partlayışlarla bağlı araşdırma aparılma səlahiyyətlərinin hələlik Fövqəladə Hallar Nazirliyində olduğunu söyləyib: “Bizdə bununla bağlı təbii ki, məlumat var. Amma hələlik bu işlərlə bağlı əsas söz Fövqəladə Hallar Nazirliyindədir. Onlar araşdırma aparıb nəticəni bildirəcəklər. Yalnız bundan sonra həmin partlayışların hansı səbəbdən baş verdiyi aydınlaşacaq”.

 Fövqəladə Hallar Nazirliyi ilə bununla bağlı əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

    MTN-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Axar.az"ın məsələ ilə bağlı sualına isə belə cavab verilib: "Bu barədə yalnız sabah açıqlama verə bilərik". 

    Qeyd edək ki, bu gün Bakıda iki, Biləsuvarda isə bir partlayış olub. Partlayışların ardarda baş verməsi və ölümlə müşayiət olunması Azərbaycanda terakt ehtimalının irəli sürülməsinə səbəb olub.

    Xatırladaq ki, bu il yanvarın 28-də “Meşə qardaşları” və “Ceyşullah” terror təşkilatları Azərbaycanda terakt törədəcəkləri ilə bağlı məlumat yaymışdılar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam