Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Pul kisəsi” “fövqəlnazir”in qəzəbinə tuş gəlib: ÖZƏL

            

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov yalançı komediyasının qurbanı ola bilər

Xeberinfo.com:   Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov yenidən mətbuatın diqqətinə gəlib. Bu dəfə birbaşa özü ilə bağlı olmayan səbəbdən: günlərdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun paytaxtın Bilgəh qəsəbəsindəki qəsr məsələsi mətbuatın aparıcı mövzularından birinə çevrilib. 

Yayılan məlumata görə, bu məsələ birbaşa dövlət başçısının nəzarətində olub. İlk günlər 20 milyonluq qəsrindən keçə bilməyən Cəbrayıl Xanlarov yuxarıdan gələn göstərişi icra etməkdən yayınıb. Amma, bunun mümkünsüzlüyünü anladıqdan sonra, guya qəsrini orijinal üsulla-partlatma ilə dağıdır. Bəli, guya belə olur.

Olayla bağlı xeberinfo.com-u məlumatlandıran şəxsin bildirdiyinə görə, sözügedən qəsr olduğu kimi durmaqdadır. Məlumata görə tikintidə təhlükəsizliyin peşəkarı qəsrin yalnız kiçik bir hissəsini-görünən tərəfini uçurub. Cənab Xanlarov bu “müdrük addımı” ilə diqqəti özündən və möhtəşəm qəsrindən yayındıracağını düşünüb. Bununla bağlı məlumatlı şəxs redaksiyamıza geniş bilgi verdi. Hələlik lazımı dəqiqləşdirmələri yekunlaşdıra bilmədiyimizdən geniş yazıb, fotoları qoya bilmirik.

Bu arada diqqəti çəkən cənab fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olaya münasibətidir. Məlumata görə, cənab nazir “pul kisəsi” sayılan Cəbrayıl Xanlarova kəskin qəzəblənib. İnsafən qeyd edək ki, hər nə qədər oliqarx-məmur sayılsa da, cənab Heydərov dəbdəbədən uzaq olmaqla reputasiyasını qoruyur. Etibarı, işgüzarlığı və parıltılı həyat tərzindən uzaq olması ilə də dövlət başçısının yaxın ətrafında yer ala bilib.

Cəbrayıl Xanlarovun bu “uzaqgörənliyi” isə naziri üçün yumşaq desək arzuolunmaz haldır. Elə bu səbəbdən də “fövqəlnazir”in “pul kisəsi”nə qəzəbləndiyi deyilir.

 

Nizami  

        

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam