Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

MTN-çilərdən narazı sahibkarlar şikayətə başladı – VİDEO

trend_respublika_prokuroglugu_160513_01

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq böyük məbləğdə vəsait ödəməyə məcbur edilmiş sahibkarlar artıq Baş Prokurorluq yanında istintaq-əməliyyat qrupuna müraciət ediblər. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə trend-ə etibarlı mənbədən məlumat daxil olub.
MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
MTN-in 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, həbs olunan MTN-in vəzifəli əməkdaşları tərəfindən təzyiqlərə məruz qalan bəzi sahibkarların açıqlama və videogörüntüləri artıq yayımlanıb.
Təzyiqə məruz qalan sahibkarlardan biri – Maqsud Mahmudov ondan MTN-in Antiterror Mərkəzində 250 min manat pul tələb edildiyini deyib. Sahibkar 600 min manat dəyəri olan obyektini 120 min manata sataraq canını qurtardığını deyib.
Sahibkar deyib ki, nazirlikdə həmin məbləği ödəməyəcəyi təqdirdə, onun barəsində cinayət işi başlanılacağı bildirilib.
Videonu təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam