Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir şirkət Azərbaycanı tərk edir

 

Norveçin “Statoil” neft-qaz şirkəti Azərbaycanın energetika sektorunu tərk edir.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə APA-ya "Statoil Azerbaijan" şirkətinin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, şirkətdə ciddi ixtisarlar baş verib: "Şirkətin 40-a yaxın əməkdaşı var idisə, hazırda 10-12 nəfər qalıb. Şirkətin (nümayəndəliyin - red.) Bakı ofisi tamamilə bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyətlə əlaqələr və digər bu kimi şöbələr bağlanıb. İşdə qalanlar rəhbər şəxslər və mühasibatlıq bölməsinə aid olanlardır".

Xatırladaq ki, "Statoil" Azərbaycan bazarına 1992-ci ildə daxil olub və bir sıra iri enerji layihələrində iştirakçısı olub.

Onu da xatırladaq ki, hazırda "Statoil" Trans-Adriatik qaz kəməri layihəsində 20%-lik səhm paketinə sahibdir. Lakin bu səhm paketinin Malayziyanın "Petronas" şirkətinə satılması ilə bağlı danışıqlar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam