Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Statoil Abşeron” işçini məhkəməyə verdi: evinin məcburi satılması tələbi ilə

“Statoil Abşeron” şirkətinin Azərbaycandakı Nümayəndəliyi yerli işçini məhkəməyə verib. Nümayəndəlik işçinin evinin məcburi satılması, ailə üzvlərinin mənzildən çıxarılması tələbi ilə iddia qaldırıb.

Xeberinfo.com:   Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, şirkət öz əməkdaşlarına kredit verib. “”Statoil Abşeron” öz əməkdaşlarına kredit verib. İşçi şirkətdən götürdüyü kreditlə mənzil alıb. Hazırda o mənzildə 7 nəfərlik ailə qalır. Şirkətlə işçilər arasında bağlanmış müqaviləyə əsasən kredit aylıq əməkhaqqıdan çıxılıb. İşçi indiyədək hər ay 416 manat kredit ödəyib. Krediti ödəməkdə gecikmə olmayıb”, - vəkil izah edib.

“Statoil” Azərbaycandan getməsini əsas gətirərək kreditin birdəfəyə ödənilməsini tələb edir. “Şirkət yerli işçiləri işdən çıxarmayıb. Sadəcə olaraq Azərbaycanı tərk etməsi səbəbindən digər şirkətlə müqavilə bağlanılıb. Mülkiyyətçi dəyişsə də, işçilər işçi eyni vəzifədə, eyni maaşla işini davam etdirirlər. Amma krediti birdəfəyə ödəməyə maddi imkanları yoxdur”.

Mülki mübahisəyə Yasamal Rayon Məhkəməsində baxılacaq. A.Quliyev deyir ki, kreditin verilməsi üçün xüsusi razılıq tələb olunur. “Statoil” şirkətinin kredit verməsi üçün Azərbaycanın dövlət qurumlarından xüsusi razılıq (lisenziya) alıb-almadığını məhkəmədə öyrənəcəklər.

“Xarici neft şirkətlərinin sosial proqramları olur. Guya ki, onlar humanistlik göstərərək işçilərinin problemlərini həll edirlər. “Statoil”in işçilərə kredit verməsi də sosial proqramlardan biridir. Amma görünür ki, belə proqramlar şirkətlərin dünyada humanist qurum kimi tanınmasına hesablanıb. Əks halda işçidən bütün kreditin birdəfəyə ödənilməsini məcbur etmək olmaz. Şirkət Azərbaycandan getsə də, müqaviləyə əməl etməlidir”.

Məhkəməyə verilən işçinin 24 min 500 manat borcu qalıb. Kredit hər ay şirkətin hesabına ödənilir.

Şirkətin Azərbaycan nümayəndəliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam