Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Statoil” “Şahdəniz” layihəsini niyə tərk edir?

 

f75951a77152b76cd8c08fb0e7c697d6

 

Norveçin “Statoil” neft-qaz şirkəti “Şahdəniz” layihəsi və “Cənubi Qafqaz qaz kəməri”ndəki 15,5%-lik payını Malayziyanın “Petronas” şirkətinə satıb.

"Xeberinfo.com": “APA-Economics”in xəbərinə görə, bu barədə “Statoil” şirkətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, razılaşmanın ümumi dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edir. Aidiyyatı hökumət orqanlarının razılaşmanı 2015-ci ilin əvvəlinə ratifikasiya edəcəyi gözlənilir.

“Statoil” şirkətinin vitse-prezidenti Lars-Kristin Baxer əldə olunan razılaşmanı şərh edərkən bildirib ki, Norveç şirkəti uzun illərdir bu dəyərli layihədə iştirak edərək böyük səmərə əldə edib. Onun sözlərinə görə, şirkətin layihələrdəki payını “Petronas” şirkətinə satması şirkətin portfelini optimallaşdıracaq və şirkətin maliyyə sabitliyini gücləndirəcək.

Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam