Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

TAP-a yeni rəhbər təyin olundu

 

Bu vəzifədə Kyetil Tunqləndi əvəz edən Yan Bradşav fevralın 1-də işə başlayır

 

"Xeberinfo.com":  Məlumata görə, TAP layihəsinin (Trans-Adriatik Qaz Boru Kəməri) icrası ilə məşğul olan "TAP AG" şirkətinin yeni rəhbəri Yan Bradşav (Ian Bradshaw) fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq. Bu barədə "Report"a TAP-ın mətbuat xidmətindən məlumat verilib.
Layihənin əvvəlki rəhbəri Kyetil Tunqlənd (Kjetil Tungland) isə əsas tərəfdaşlardan olan "Statoil" şirkətindəki 4,5 illik fəaliyyətini başa vuraraq Norveçə dönəcək: "O, 2010-cu ildə fəaliyyətə başlayıb və 2013-cü ilin iyulunda uğurla TAP layihəsini qazana bilib".
Y.Bradşav isə TAP-a yenicə qoşulan "BG Group"da 2005-ci ildən müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bundan öncə o, BG-nin vitse-prezidenti olaraq Avstraliyada QCLNG meqalayihəsini qazanmağa nail olub və ümumilikdə neft-qaz sektorunda 34 illik iş təcrübəsinə malikdir.
TAP-ın yeni rəhbəri Durhan Universitetinin mühəndislik fakültəsini bakalavr pilləsi üzrə bitirib və "Shell"in Malayziya, Hollandiya, Böyük Britaniya və Norveçdəki ofislərində çalışıb. 2008-ci ildə isə Kolumbiya Universitetinin ali idarəetmə fakültəsinin məzunu olub.
Xatırladaq ki, BP, SOCAR və "Statoil"un hər biri TAP-da 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya malikdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam