Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

OMON-dan azərbaycanlı liderə qarşı xüsusi əməliyyat -VİDEO

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri, yerli Azərbaycan diasporunun lideri İslam Hüseynovun ofisində OMON-un dəstəyi ilə basqın olub.
"Xeberinfo.com":  ANS PRESS-in məlumatına görə, Rusiya İstintaq Komitəsinin Ulyanovsk üzrə İstintaq İdarəsinin əməkdaşları xüsusi təyinatlı və maskalı polislərin dəstəyi ilə diaspor liderinin ofisində axtarış aparır. İlkin xəbərlərə görə, istintaq hərəkətləri Rusiya cinayət məcəlləsinin 210-cu maddəsi "mütşəkkil cinayətkar qruplaşma yaratmaq və ya onda iştirak" üzrə aparıla bilər. İslam Hüseynov mütşəkkil cinayətkar qruplaşma yaratmaqda və ona rəhbərlik etməkdə şübhəli bilinir.
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynov
Hüseynov bu axtarış barədə əvvəlcədən xəbərdar olub və Ulyanovsk vilayətinin hüdudlarını, ola bilsin Rusiyanı tərk edib. Ona yaxın çevrələr axtarışın Hüseynova qarşı təzyiq məqsədi daşıdığını bildirir. Diaspor liderinin ofisinə daxil olan əməliyyatçılar və OMON-çular Hüseynovu axtarsalar da yerində tapmayıblar.
İslam Hüseynovun ofisi
Diaspor liderinin yaxınlarının bildirdiyinə görə, bu axtarış İslam Hüseynovun qətlə yetirilən mühafizəçisi İqor Beznosyukun işi ilə əlaqəlidir. İqor Beznosyuk 2012-ci ildə İslam Hüseynova sui-qəsd cəhdi zamanı onun kabinetində güllələnib. Hüseynov özü başından yaralanıb və sağ qalıb. Bu sui-qəsddə iştirak edən azərbaycanlı killer Nahid Zahidov həbs edilib, Ramin Bağırov adlı digəri isə axtarışa verilib.
Azərbaycanlı killer Nahid Zahidov
İslam Hüseynova yaxın hesab edilən Ulyanovsk vilayəti üzrə İctimai Palatanın üzvü Aleksandr Braqin bildirib ki, İstintaq İdarəsi azərbaycan diasporu liderinə təzyiq edir. Buna səbəb Hüseynovun mühafizəçisinin qatillərini cəzalandırmaq tələbləridir. Deyilənə görə, Beznosyukun işində killerlərdən birinin yeni ifadəsi meydana çıxıb. Killer bildirib ki, bu qətlin sifarişçisi Cəfər Dilanov adlı şəxsdir.
Hüseynov isə bildirir ki, müstəntiqlər bu versiyanı araşdırmır. Dilanov Hüseynovun çoxdankı düşmənidir və ona rəqib qruplaşmanın lideridir.
Əlavə edək ki, İslam Huseynov yaxın günlərdə bütün msələlərə aydınlıq gətirmək məqsədiylə mətbuat konfransını keçirmək niyyətindədir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam