Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AZƏRBAYCAN POLİSİ QANUN KEŞİYİNDƏ DURUR, YOXSA ...

 

 

"Xeberinfo.com":    Keçmiş “Semaşko” adlanan kilinik xəsətəxanada ağır xəstəmiz var. Həyat yoldaşımla 5 saata qədər xəstəxanada qalası olduq. Saat 24 radələrində təzəcə yola düzəlmişdik ki, Nəsimi bazarının yanında 99 YP 430 nömrəli DYP-nin BNV markalı maşını başımızın üstünü aldı. Bəs deməzsinizmi sizin maşın həbsdədir? Niyə?- səbəbi bəlli deyil. Sual verdim  bu günləri səhər tezdən rayondan gəlmişəm, 2 dəfə yolda DYP tərəfindən saxlanılıb sənədlərim yoxlanıb, niyə onlar tərəfindən aşkar olunmayıb? Inspector, polis baş leytenantı Emin Seyidov və onunla birgə bir polis leytenantı  bildirdi ki, bəs bizim maşına 50 min manatlıq yeni aparat qoyulub bu hər şeyi bildirir. Sonra məni xidməti maşına dəvət etdilər, maşını kilidləyib hədə-qorxu gəldilər. Gah ANS kanalı ilə, gah da Speis kanalı ilə hədələdilər, sonra 1000 manat tələb etdilər. Məndə o qədər məbləğin olmadığını bildirdim. 500 manata qədər endilər.  onsuz da mən maaşla dolanıram harda o qədər pul? Maşının qapısını bağlayıb,üstümü kəsdilərki,  protokola qol çəkməlisən! Çəkməsən, buraxdı yoxdu (deməsinə görə maşında kamera var hamısı çəkilib)! Sonra leytenant mənim maşınımı sürdü, Dərnəgüldə yerləşəm cərimə meydanına gətirdi. Söz vermişdilər ki, evə getmək üçün maşınla təmin olunacağıq. Maşın cərimə meydançasına qoydular. Biz isə Dərnəgülün ortasında qaldıq. Polis yoxa çıxdı. Mən polisi soruşdum. Dedilər, taksi lazımdır çağıraq? Taksi gecə saat 1 radələrində bizə 20 manat oxudu. Deyəndə ki, bahadı, dedi bunların da haqqı var, elə bilirsən özbaşına gəlmişəm?

 Heç olmasa bizimkilər Gürcüstan polisindən nümunə götürməlidilər. Vətəndaşın təhlükəsizliyi təmin olunmalı idi, rüşvətin yox.

Səhəri dedikləri vaxt Bakı şəhər DYP idarəsinə yollandım. Dedilər sənədlərim polis mayoru Zeynal Seyidovdadır. Zeynal müəllimin otağını qapısı ilə yanaşı digər  qapılar da adamlarla dolu idi. Çığıran kim, yalvaran kim. Əlqərəz, cənab Zeynal müəllimin qəbuluna düşə bildim. Düzü Zeynal müəllim məni gülər üzlə qarşıladı, təccüb etdim, nə yaxşı? Əsas məsələyə keçdik Zeynal müəllimin dərdi açıldı, başladı alverçi dilini işə salmağa. Çətindi amma düzələdə bilər. Ya bizə 300 manat verməlisən, 300 manat da banka ödəməlisən, ya da məhkəmə yolu ilə həll olunmalıdır. Sağ olsun məsləhət də verdi ki, bizdə məhkəmədən ucuz başa gəlir. Budur Azərbaycan polisinin vəzifə borcu.

Azərbaycan Prezidentinə müraciət edirəm: -Cənab Prezident, irili, xırdalı buynuzlu məmurlar Azərbaycan qanunlarını ayaqaltı ediblər, vətəndaşlar çox əziyyət çəkirlər.

 

Qalib Bağırov (Qalib ŞƏFAHƏT)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam