Göygöl sakini YPX əməkdaşlarının onu döydüyünü bildirir -VİDEO
Xeberinfo.com: Göygöl rayon sakini Xancanov Yusif Əkbər oğlu Yol polisi əməkdaçlarının ona qarşı kobud rəftarından bəhs edən şikayətini redaksiyamıza göndərib.
İkinci qrup əlil olduğunu deyən Xancanaov buna görə 11 ildir Dövlət Qulluğu təqaüdcüsü olduğunu bildirir. Ziyalı olduğunu, kiçik sahibkarlıqla məşğul olduğunu da xatırladır.
Şikayətin qısa məzmununu təqdim edirik: “Mən 25 yanlar 2017- ci il tarixdə təxminən axşam saat 21:30-da evə alış- veriş etmək ücün, Göygöl şəhərində yerləşən “Əminə” marketə gedirdim. Tayoto “Prado” markalı 25AA 055 dövlet nömrə nişanlı avtomobilimdən yerə düşərkən, Göygöl rayon Dövlet Yol Polisinə məxsus 99 YP 609 nömrəli maşından mənə siqnal verildi. Mən DYP arabasını sürən polis əmekdaşına dedim ki, marketə girib cıxıram. Mənim bu sözüm arxada oturan DYP-nin polis zabitinin xoşuna gəlməyib. Təcili mənim avtomobilimin qabağını əsəbi halda kəsərək arxa qapını açıb mənə maşına oturmağı əmr etdi. Mən dedim ki, özünüzü düzgün təqdim edin, nəyə görə sizin maşına oturmalıyam? Polis mayoru Aydın Hüseynov mənim bu sözümə çox əsəbi halda “sən komandirlə nə cür danışırsan”,- deyib, maşından cıxdı məni boğa-boğa, boynumun dalına vura-vura DYP arabasına oturtdu. DYP-nin avtomobilini sürən polis əməkdaşı Esqin (soyadını bilmirəm) yerinə polis mayoru Aydın oturdu. Mənə dedi: “Rəisin göştərişidir. Səni şöbəyə aparacayıq. Sən bizi niyə tanımırsan”? Sonradan nə fikirləşdisə gəlib arxa qapını açdı və məni buraxdı. “Əminə” marketin qabağında 40 nəfərə yaxın insan DYP- nin işçilərinin bu qanunsuzluğunu izləyərkən, mənim şərəf-ləyaqətim çox alçaldı. Rəis deyərkən, Göygöl rayon DYP- nin rəisi Misir Quliyevi nəzərdə tuturdu.
Hadisə yerinə yaxın marketin müşahidə kameralarından da görünür ki, yol polisi əməkdaşları mənə səbəb olmadan ilişir.
25 yanvar 2017- ci il tarixdə gecə saat 24:00-a kimi DİN-nin 102 qaynar xettinə və döyülməyim barədə Daxili İşlər nazirinə teleqram vurdum . Döyülməyim barədə araşdırılma aparılıb tədbir görülməsini xahiş etdim. Lakin teleqramın araşdırılması Respublika DYP-nə göndərilib”.
Məsələnin araşdırılıb, şikayətçiyə qənaətverici cavab verilməsini Daxili İşlər Nazirliyindən xahiş edirik.
azadliq.info