Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Biznesmen təfəkkürlü İcra başçısı

 

   "Xeberinfo.com": Sabunçunun icra başçısı və başçının Balaxanı üzrə nümayəndəliyinin sözügedən qəsəbədə Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin hasarlanmasının yaratdığı kəskin etiraz diqqəti bu rayonda baş verən qeyri-qanuni hadisələrə yönəldib. 

     Məlumat üçün qeyd edək ki, icra başçısı Adil Vəliyevin göstərişi ilə Balaxanı qəsəbə nümayəndəliyi qəsəbədə yerləşən şəhidlər abidəsini və ərazisini hasara almaq istəyiblər. Lakin ərazidə şəhidlərin qohum və yaxınları ilə məmurlar və polislər arasında qarşıdurma da yaşanıb. Və camaat bu qanunsuzluğu özləri etiraz edərək aradan qaldırıb. Camaat məmurların çəkdirdiyi hasarı söküblər. 

     Mia.az-ın məlumatına görə, iki gün bundan əvvəl baş verən bu hadisə ilə bağlı qəsəbədə hələ də gərginlik davam edir. Artıq Prezident Administrasiyası tərəfindən də hadisə ciddi nəzarətə götürülüb. Bu isə icra başçısı Adil Vəliyevin bərk əndişəsinə səbəb olub. 

    Məlumata görə, Adil Vəliyevin rayonu biznesmen kimi idarə etməsi hakim dairələrin kəskin narazılığı ilə müşahidə olunur: «Adil Vəliyev biznesdən icra başçısı vəzifəsinə yüksəldiyindən bir çox məsələlərin həllini də biznesmen təfəkkürü ilə həll etməyə cəhd edir. Bu isə zaman-zaman rayondakı narazılığı alovlandırır. Elə bir neçə ay əvvəl başçının bir neçə müavini və bəzi şöbə müdirlərinin vəzifələrindən azad edilməsi də biznesmen təfəkküründən doğan olay idi. Belə ki, icra başçısı rayon ərazisində qanunsuz tiklilərin geniş vüsət almasının əsas səbəbini müavinləri ilə yanaşı, bəzi şöbə müdirlərinin üzərinə ataraq vəziyyətdən çıxdı. Amma bu o demək deyil ki, Adil Vəliyevin üzərindəki «kölgə» bununla çəkildi». 

     Məlumata görə, Adil Vəliyevin ayrı-ayrı sahibkarlar və fiziki şəxslərə qanunsuz tiklilər üçün yaratdığı şərait bəzi dövlət qurumlarının da kəskin narazılığına səbəb olub: «Artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən tutmuş Əmlak Məsələləri Dövlət Komitəsinə qədər bir sıra dövlət təşkilatları Sabunçu İcra Hakimiyyətini qanunsuz sərəncam və hərəkətlərindən şikayətçi olublar. Özü də bu qurumlar şikayətlərini hüquqi müstəvidə də davam etdirirlər. Elə Əmlak Məsələləri Dövlət Komitəsi və Qərib Məmmədovun sədri olduğu Torpaq Komitəsinin bir neçə iş üzrə məhkəməyə üz tutmaları da dediklərimi təsdiqləyə bilər». 

    Müsahibimiz  deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyətinin bir neçə qanunsuz epizod üzrə məhkəməyə verib: «Kərəm Həsənovun rəhbəri olduğu komitə icra başçısı Adil Vəliyevin dövlət əmlakı sayılan bir neçə ərazini qanunsuz satmaqda ittiham edərək, onun verdiyi sərəncamları ləğv etdirmək istəyir. Məsələn, Komitə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Namazov Pərviz Kamal oğlunun adına verdiyi sərəncamın etibarsız hesab edilməsi məqsədiylə məhkəməyə üz tutub. Məndə olan məlumata görə, işə 2 saylı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Az öncə Bakı Apellyasiya Məhkəməsi də tərəflərin şikayətini araşdırıb. İşin bu yaxınlarda Ali Məhkəmədə araşdırılacağı haqda da xəbərlər var. Sözüm ondadır ki, icra başçısının narazılıq yaradan belə sərəncamları az deyil”. 

Mənbə deyir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəhbərliyi də bir neçə qanunsuzluqla bağlı məhkəmələrə müraciət edib: «Bütün bunlar isə Adil Vəliyevin rayonu necə idarəetməsinə aydınlıq gətirə bilər».

Sonda isə Bakının rayonları arasında Prezident Administrasiyasına ən çox şikayət olunan rayonun da Sabunçu olduğunu olduğu qeyd olunaraq, bunun ona müsbət rəy vəd etmədiyini bildirilib.

 

 

     Mia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam