Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Komitə sədrinin qəbulunda ciddi insident

 

Bir qədər əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göyçayda keçirdiyi növbəti vətəndaş qəbulunda ciddi insindent baş verib.

Xeberinfo.com:   Qəbula gələn sakinlərdən daxil olan məlumata görə, Qurbanov Mübariz Həmid oğlu adlı sürücü komitə sədrinə intihar edəcəyini bildirib. Sədr əvvəlcə söhbətin nədən getdiyini başa düşməyib. Mübariz Qurbanov Komitə sədrinə bildirib ki, illər boyu işlədiyi Göyçay Avtonəqliyyat MMC-nin sədri Arif Əliyev ona məxsus maşını vermir. Sürücü deyib ki, indiyə qədər müraciət etmədiyi instansiya qalmayıb, amma ona məxsus olan maşına hələ də sahiblik edə bilmir.

Onun bu şikayətindən sonra Komitə sədri Arif Əliyevin dərhal qəbula çağırılmasını tələb edib. Qəbula gələn Arif Əliyev sədrə söz verib ki, Mübariz Qurbanovun problemini həll edəcək.  Amma komitə sədri gedəndən sonra Əliyev Mübariz Qurbanovu təhqir edib , Sürücü təkrar Kərəm Həsənova müraciət edəcəyini bildirib. Arif Əliyevin bu dəfə Komitə sədrinin arxasınca danışıb.

Mənbənin dediyinə görə, Avtoqnəqliyyat MMCnin sürücüləri Arif Əliyevin əməllərindən bezərək, Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında aksiya keçirməyə hazırlaşırlar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam