Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səfər Əbiyev iki naziri üz-üzə qoyub


 

Müdafiə Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında növbəti dəfə mülk mübahisəsi yaranıb.

"Xeberinfo.com":   Reytinq-in məlumatına görə, Zakir Həsənov müdafiə naziri təyin edildiyi gündən etibarən nazirliyin balansında olan daşınmaz əmlaklar – torpaq sahələri və tikililərlə bağlı geniş araşdırma apartdırıb.
Nəticədə aydın olub ki, keçmiş nazir Səfər Əbiyevin dövründə Müdafiə Nazirliyinin balansında olan torpaq sahələri və tikililərin böyük hissəsi ayrı-ayrı fiziki şəxslərə satılıb.

Təbii ki, nazirliyin razılığı ilə həmin daşınmaz əmlaklar Əslak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilib. Zakir Həsənov bunu qanunsuz saymaqla bərabər, həm də nazirliyin həmin daşınmaz əmlaklara ehtiyacını nəzərə alaraq, onları Müdafiə Nazirliyinin balansına qaytarmağa çalışır. Elə bu səbəbdəndir ki, Zakir Həsənov nazir təyinatından sonra daşınmaz əmlaklarla bağlı xeyli məhkəmə iddialarının qaldırılmasına göstəriş verib.
Məlumata görə, qaldırılan məhkəmə iddialarının əksəriyyətində nazirlik haqlı çıxsa da, hələ də bu istiqamətdə mübahisələr davam edir. Elə Müdafiə Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi və bir neçə fiziki şəxsə qarşı qaldırdığı yeni iddialarla bağlı keçirilən məhkəmə prosesləri də belə deməyə əsas verir. Məsələn, Bakı Apelyasiya Məhkəməsində də oxşar proses gedir. Hansı ki, Müdafiə Nazirliyi komitəyə qarşı 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində qaldırdığı iddia tələblərində qalib olub. Lakin komitə və digər cavabdeh şəxslər bu qətnamə ilə razılaşmadıqları üçün apelyasiya şikayəti veriblər.
Məlumatda bildirilir ki, həmin şikayət hazırda Bakı Apelyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə araşdırılır. Hakim komitə və fiziki şəxslərə qarşı qaldırılmış və qalib gəlinmiş daşınmaz əmlaklarla bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən bəhs edən şikayətə oktyabrın 23-də baxacaq.(azadlıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam