Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Goranboyda doğuş zamanı ana və uşaq ölüb

 

"Xeberinfo.com":  Məlumata görə, hadisə Goranboy rayon xəstəxanasında baş verib.

Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri İradə Həsənova qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib: “Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Həkim Məmmədova Şəhla tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”.

İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb: “Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç hara müraciət etməyib. Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili bura gətiriblər”.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam