Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“”İnterAz” kabel yayımından çıxarıla bilər”

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “İnterAz” televiziyasında başqa ölkənin namaz vaxtını elan edilməsinə görə Şuraya müraciət ediləcəyi xəbərinə münasibət bildirib.

"Xeberinfo.com":   Şuranın Aparat rəhbəri Toğrul Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hələlik MTRŞ-ya bu məsələ ilə bağlı müraciət daxil olmayıb: “İnterAz” kanalında başqa təqvimlə, başqa meyarlarla dini təqvimlərin, göstəricilərin yayılması xəbəri ilə əlaqədar hələ şuraya heç bir müraciət daxil olmayıb. Əgər rəsmi müraciət daxil olarsa, həmin kanalın dövlət tərəfindən kabel şəbəkəsində yayımı məsələsinə baxılacaq. Kanala yayımlanması üçün şura tərəfindən lisenziya verilmədiyindən sadəcə kanalın kabel şəbəkəsində yayımdan çıxarılma məsələsinə baxıla bilər. Rəsmi müraciətə baxıldıqdan sonra buna uyğun olaraq tədbir görüləcək”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “InterAz” televiziyasında başqa ölkənin namaz vaxtını elan edilməsi halına irad tutaraq bu məsələ ilə bağlı qanun çərçivəsində tədbir görülməsi üçün rəsmi olaraq Milli Televiziya və Radio Şurasına müraciət edəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam