Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

MTRŞ sədrindən ölkə əhalisinə müraciət

76410eb7-1960-4d0d-adec-97b08bb55bec_292“Azərbaycanın kabel şəbəkəsində olan xarici televiziya kanallarında ölkəmizə qarşı xüsusi təbliğat kampaniyası aparılacaqsa, biz buna qarşı tədbir görəcəyik”.
Xeberinfo.com:  Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, hazırda bu hallar hələ ki, epizodik xarakterlidir: “Hazırda xarici kanallarda biz bu halları epizodik hallarda görürük. Bu məsələdə bir az soyuqqanlı olmaq lazımdır. Tələsmək olmaz, təmkinli olmaq vacibdir. Hazırda hadisələrin gedişini izləyirik. Təbii ki, qeyd olunan kanalların bütövlükdə efir siyasəti Azərbaycana qarşı yönələrsə, biz onlara qarşı tədbir görəcəyik”.
Şura sədri onu da vurğulayıb ki, qurumun bu məsələdə əhalinin köməyinə də ehtiyacı var: “Bizim bu məsələdə əhalinin də köməyinə ehtiyacımız var. Rusiya kanallar çoxdur və bizim onların hamısını izləmək imkanımız yoxdur.
Müxtəlif kanallarda narahatlıq yaradan məqamları izləyən hər kəs bizə müraciət edib öz mövqeyini bildirməlidir. MTRŞ bütün dünya kanallarını izləmir. Yalnız Azərbaycanın kabel şəbəkəsində olan telekanallarla bağlı bizə müraciət gələrsə, araşdırılır və ona uyğun hərəkət edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam