Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Mübariz Qurbanlının deputat mandatı alınacaq

 

   "Xeberinfo.com": Mərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı ilə bağlı məsələyə aydınlıq gətirib. MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında deyib ki, MSK-nın növbəti iclaslarının birində bu məsələyə baxılacaq. Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədov də məsələnin qanunla müəyyən edilmiş qaydada həllini tapacağını bildirib.
 
   Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam