Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bu televiziyaya iradımızı bildirəcəyik“

 

M. Qurbanlı deyib ki, onlar da Şeyxülislamın narahatlığı ilə razıdırlar və ölkədə başqa təqvimlə, başqa meyarlarla dini təqvimlərin, göstəricilərin yayılması düzgün deyil

 

"Xeberinfo.com":   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin ölkədə yayımlanan bəzi televiziyalarda fərqli azan vaxtlarının verilməsi və bunun məzhəblərarası mübahisələrə yol açması ilə bağlı Komitəyə etdiyi müraciətə münasibət bildirib.
M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Komitə bu məsələ ilə məşğul olur, hazırda bir televiziyada bu faktın olması aşkar olunub.
M. Qurbanlı deyib ki, onlar da Şeyxülislamın narahatlığı ilə razıdırlar və ölkədə başqa təqvimlə, başqa meyarlarla dini təqvimlərin, göstəricilərin yayılması düzgün deyil: “Aparılan araşdırma nəticəsində "Interaz" televiziyasında belə hala yol verildiyi aşkarlanıb. Hüquqi tərəfdən bunu araşdırmaq bizə aid olduğu üçün biz bu televiziyaya öz iradımızı bildirəcəyik. Çünki Azərbaycanda oturub, başqa ölkənin namaz vaxtını elan edirsənsə, bu, qeyri-normal haldır. Azərbaycanda Şamaxı Rəsədxanasının QMİ ilə birgə tərtib etdiyi çox düzgün dini təqvimlər var, biz də müstəqil dövlət olaraq öz təqvimimizdən istifadə etməliyik”.
Komitə sədri deyib ki, həmin televiziya komitənin iradından nəticə çıxarmasa, o zaman rəsmi olaraq Milli Televiziya və Radio Şurasına müraciət olunacaq, qanun çərçivəsində ölçü götürüləcək.
M. Qurbanlı onu da deyib ki, bununla bağlı komitənin monitorinqi davam edir və başqa televiziya, o cümlədən digər mətbuat vasitələrində eyni hal aşkar olunarsa, dərhal tədbirlər görüləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam