Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

8 dini icmanın qeydiyyatı ləğv olunub

 

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də QMİ-nin təyin etdiyi dini xadim var”
"Xeberinfo.com":   “Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Zaqatalada 4 məscidlə bağlı narahatlığı artıq aradan qalxıb. Əsas problem Car kənd məscidi, Uzuntala kənd məscidi, Bereq Binə kənd məscidi və Yolayrıc kənd məscidlərində idi. Problem təqvim və qeydiyyatla bağlı idi ki, bu da həll olunub. Hazırda Qaxda 2, Zaqatalada 5, Balakəndə isə 1 məsciddə dini icmanın qeydiyyatı ləğv edilib. Bu icmalar köhnə qanunvericiliklə qeydiyyatda olub, ona görə də 2009-cu ildən tətbiq olunan qanunvericilik əsasında yenidən qeydiyyatdan keçməlidir”.
Bunu APA-ya Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi (Qax, Zaqatala və Balakən rayonları) üzrə yerli şöbənin müdiri Mehman İsmayılov deyib.
M. İsmayılov Car kənd məscidi ilə bağlı şikayətlərə cavab olaraq deyib ki, bu problem artıq həll olunub: “Bu problem o məsciddə əvvəldən var idi, Ramazan ayı ərəfəsində isə özünü daha qabarıq göstərirdi. Demək olar ki, məsələ həll olunub. Artıq o məsciddə QMİ-nin təqvimlərinə riayət olunur. Oradakı eyni adlı dini icmanın qeydiyyatı məsələsinə gəldikdə, yeni icmanın qeydiyyata alınması üçün köhnə icmanın ləğvi lazım olduğu üçün hazırda o icmanın ləğv olunması prosesi başlayıb. Çünki 2009-cu ildə qəbul olunan yeni qanuna əsasən, icmalar yenidən qeydiyyatdan keçməlidir, lakin o icma yenidən qeydiyyat üçün müraciət etməmişdi, 2001-ci ildəki qeydiyyat əsasında fəaliyyət göstərirdi. Həm də o icmanın cəmi 5-6 üzvü həyatda qalıb, qalanı rəhmətə gedib. Yeni qanunvericiliyə görə Car kənd məscidində də 51 nəfərdən ibarət yeni icma formalaşdırılacaq”.
M.İsmayılov bildirib ki, hazırda yeni qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatalada 32, Balakəndə 9 və Qaxda isə 13 dini icma qeydiyyatdan keçib.
Komitə rəsmisi onu da bildirib ki, Şeyxülislamın müraciətindən sonra QMİ-yə tabe olmayan həmin 4 məscidin heyəti ilə ayrı-ayrılıqda görüş keçirilib və problem qarşılıqlı anlaşma ilə həll olunub: “Artıq onlar QMİ-nin təqvim və təlimatlarına əməl edirlər. Bununla yanaşı, daha bir neçə kənd məscidinə QMİ tərəfindən imam təyinatı olacaq”.
Komitə sədri Mübariz Qurbanlı isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də QMİ-nin təyin etdiyi imam və ya axund var: “Bu, əlbəttə anormal haldır. O məscidlərdə ibadət gedir, ibadətə rəhbərlik edən də var. Amma o rəhbəri nə QMİ təyin edib, nə də Komitədə icma kimi qeydiyyatdan keçiblər. Azərbaycanda kim istəsə evində, hardasa ibadət edə bilər. Məsciddə də sərbəst ibadət etmək olar. Amma məscid rəsmi idarə olunmalıdır, qeydiyyat olmalıdır. Bu problemlərin aradan qaldırılması üçün işlər gedir. Bu fəaliyyətlər qanuniləşdirilməlidir. Biz QMİ ilə birgə bu işləri həll edirik”.
M. Qurbanlı onu da deyib ki, Zaqataladakı Car kənd məscidi ilə bağlı problem də diqqətindədir və araşdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam