BELÇİKA ÜSYANKAR DİPLOMATIMIZA MÜHAFİZƏ AYIRDI!
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Norveç dövlətindən siyasi sığınacaq istədiyi barədə məlumatları təkzib edib.
"Xeberinfo.com": AzPolitika.info-nun məlumatına görə, “Bunu görməyəcəksiniz!”, deyə diplomat sərt tonda bu informasiyaya reaksiya verib.
A.Məmmədov bildirib ki, bir neçə gün məzuniyyətdə olub, dünən Brüsselə qayıdıb:“Mən qayıdan kimi şoka düşdüm ki, Belçika XİN və Avropa İnstitutları artıq bu rəzalətdən (Azərbaycan XİN-ində onun Feysbuk statusunu bəyənən diplomatların cəzalandırılması nəzərdə tutulur-red) xəbərdardır. Mənə rəsmi müraciət olundu ki, mənə və ailəmə mühafizə ayrılsın. İmtina etdim. Lakin Belçika XİN israr edir.”
A.Məmmədov Feysbukda paşlaşdığı müraciətinin sonunda “zərərçəkmiş diplomatlara” xitabən yazır:“Vicdanıma and içirəm ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə ən yüksək postları tutacaqsınız! Bunu çox gözləmək lazım gəlməyəcək!”
Qeyd edək ki, Arif Məmmədovun Norveçə getməsi xəbərinin yayılmasına səbəb bu ölkənin Bakıdakı sabiq səfiri Steynar Gilin özünün facebook profilindəpaylaşdığı bir status olub. Həmin statusun tərcüməsi belədir: “Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi: “Cənab Steiner Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bir xeyli SOS məlumatım var”.
Bunna əsasən belə bir fikir yarabmışdı ki, üsyan bayrağı açan və buna görə də hədəfə gələn səfir Arif Məmmədov artıq Norveçə siyası sığınacaq üçün yollanır. Ancaq özü bunu təkzib etdi.
Xatırladaqki, bəzi hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmmədov haqqında xoşagəlməz ifadələr işlətməkdə, onu dövlətə xəyanətdə ittiham edir. Buna səbəb Arif Məmmədovun öz facebook səhifəsində Binəqədidə yanan bina ilə bağlı sərt çıxışı və belə bir status paylaşması olub: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
Azərbaycan XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər. Onların artıq işdən çıxarıdığına dair məlumatlar var.