Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Arif Məmmədov rəsmən müxalifətə keçdi

 

Son günlər qalmaqallı çıxışları ilə gündəmə gələn qiyamçı səfir Arif Məmmədov öz facebook profilində şok bir müraciət yayıb.

"Xeberinfo.com":  Məlumata görə, A.Məmmədov müraciətində müxalifət liderlərinə münasibətini açıq-aşkar ortaya qoyaraq xalqı onlara inanmağa çağırıb, bununla da rəsmən müxalifətə keçdiyini təsdiqləyib.

Mətbuatda özü barədə "müxtəlif məlumatların yayılması ilə əlaqədar bir çox adamların ona müraciət edərək həqiqəti öyrənmək istədiyini" bildirən A.Məmmədov bəyan edib ki, o, hamını müxalifəti dəstəkləməyə çağırır.

Hamını "“Azadlıq” qəzetinə, “Azərbaycan saatı”na, Milli Şuranın sədri Cəmil Həsənliyə, AXCP sədri Əli Kərimliyə, Qənimət Zahidə, Vidadi Mirkamala, Gültəkin Hacıbəyliyə və onların silahdaşlarına inanmağa" çağıran A.Məmmədov daha sonra bildirib ki, “əgər onlara inanırsınızsa, mənə də inanın”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəsi A.Məmmədov mayın 19-da Bakıda yaşayış binasında baş verən dəhşətli yanğından sonra öz facebook səhifəsində buna görə hakimiyyəti ittiham etmişdi. Onun bu fikirləri bir çox diplomatlar tərəfindən dəstəklənmiş, sonradan həmin diplomatlar vəzifəsindən azad olunmuşdu. Daha sonra A.Məmmədov özü də postundan istefa verib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam