Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Arif Məmmədov yüngül həyat tərzi keçirir”

 

“Bəzi diplomatik fəaliyyətlə məşğul olan XİN əməkdaşları xaricə göndəriləndən sonra əsas işlərini kənara buraxaraq, yüngül əyləncələrə meyillənirlər”.

 

"Xeberinfo.com":   Məlumata görə, bu fikirləri azvision.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli son zamanlar Azərbaycan Xarici İşlər Nazirliyində baş verən diplomatik qalmaqalları şərh edərkən deyib. 

Q.Hüseynli XİN ətrafında yaşanan olayların şişirdildiyini bildirib. Qeyd edib ki, diplomat işi böyük vətənpərvərlik, sağlam mənəviyyat və iradə tələb edir. 

“Son olaylarla bağlı indi Azərbaycanın Xarici İşlər Nazirliyi yoxlama-profilaktika işləri aparır. Burada isə bəzilərinin qüsurlarını nəzərə alır. Qüsurlu fəaliyyətlə məşğul olanların geri çağrılması ərəfəsində isə onlar özlərini Anar Həsənov kimi aparırlar. Ancaq bu kimi hallara görə Xarici İşlər Nazirliyində ciddi problemlərin olduğunu söyləmək olmaz. Çünki bu təmizlənmə nazirliyin fəaliyyətini daha səmərəli edəcək”.
Politoloqun fikrincə, xaricdə fəaliyyət göstərən bəzi diplomatlarımız ya diplomatik işin gərginliyinə dözə bilmir, ya da müxalif əhval-ruhiyyə həvəsinə qapılırlar: “İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı sabiq səfiri Arif Məmmədovu buna misal göstərmək olar. Ondan sonra isə cəmi bir nəfər Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov bu ölkədən siyasi sığınacaq istəyib. Bu gün Arif Məmmədovun heç bir fəaliyyəti yoxdur, səsi batıb. Elə bir ciddi fikir, yaxud ətrafına tərəfdar toplamaq qabiliyyətinə malik deyil. Sadəcə böyük bir postu itirdi. Mənə elə gəlir ki, buna görə təəssüf hissi keçirir. O bu əməlinə görə peşman olacaq”, - deyə Q. Hüseynli qeyd edib. 

Politoloq XİN-dən uzaqlaşdırılan şəxslərin xarici dairələrin təsiri altına düşməsi məsələsinə də münasibət bildirib: “Yüngül həyat tərzi keçirən Arif Məmmədov Azərbaycana qarşı dişini qıcamış dairələrin təsiri altına düşərək, savadsız, siyasi yükü olmayan bəyanatlar verərək diplomatiya sistemindən ayrıldı. Ona görə də xarici dairələr diplomatik heyətimizdə ov axtarmaqda davam edəcək. Amma, Xarici İşlər Nazirliyi bu sahədə ciddi işləyir”. 

Q. Hüseynli Azərbaycan XİN rəhbərinin fəaliyyətinə toxunaraq bildirib ki, Elmar Məmmədyarovun işində müəyyən nöqsanlar və boşluqlar var. Amma xarici siyasətimizdə çoxlu uğurlar əldə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam