Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq diplomat Qərbə qaçışının səbəbini açıqladı

Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi, ölkəyə qayıtmaqdan imtina edən Nahid Cəfərov bu addımının səbəblərini açıqlayıb.

Xeberinfo.com:   Məlumata görə, N.Cəfərov “Azadlıq” radiosuna müsahibəsində deyib ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədovu vəzifəsindən facebook statusuna görə çıxarmayıblar: “Arif Məmmədovu vəzifədən ona görə çıxardılar ki, o, 2003-cü ildə XİN-in kollegiya iclasında azərbaycanlı diplomatları işlədikləri ölkələrdə rüşvət verməkdə ittiham etmişdi”.

N.Cəfərov A.Məmmədovun statusunu like edənlərin taleyindən danışarkən bildirib ki, həmin adamlardan yalnız üçü öz vəzifəsində qalıb.

Keçmiş attaşe onu da bildirib ki, Azərbaycan XİN-də onun kimi diplomatlar çoxdur.

N.Cəfərovun sözlərinə görə, azərbaycanlı diplomatlar üçün ən böyük problem Azərbaycanda insan haqlarının pozulması məsələsidir: “Qərbli diplomatlara Azərbaycanda növbəti insan haqları pozuntusu faktı haqda danışmaq və buna izah vermək çox çətindir. Axı sən özün də başa düşürsən ki, bu, doğrudan da qanun pozuntusudur. Bu da bizim diplomatların işini on dəfələrlə çətinləşdirir”.

Müsahibəsində hökumətin ünvanına sərt ifadələr işlədən N.Cəfərov onu da əlavə edib ki, azərbaycanlı diplomatlara Avropada biznesmen kimi baxırlar.

Qeyd edək ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin attaşesi Nahid Muxtar oğlu Cəfərov bu il sentyabrın 12-də vətənə qayıtmaqdan imtina edərək Avropada qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam