Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu -VİDEO/FOTO

 
Ötən il redaksiyamıza Binəqədi rayon Süleyman Sani Axundov küçəsi mənzil 53 ünvanında "kirayə” yaşayan Ağamoğlanova Sevda Paşa qızı tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur.

Yenixeber.org: Belə ki, S. Ağamoğlanova evinə dolab, yataq mebeli almaq istəmiş və bunun üçün ilk olaraq sosial şəbəkə üzərindən münasib mebel satış mərkəzlərini axtarmağı qərara almışdır. Məhz bunun üçün də ilkin olaraq "Lalafo.az” saytına daxil olmuş, Rast gəldiyi elanda qeyd olunan şərtlər diqqətini çox cəlb etmiş, beləliklə S.Ağamoğlanova dərhal elanda qeyd olunan Hüseyn adlı şəxsin 055-603-07-77 əlaqə nömrəsinə zəng vurub,ona elanda qeyd olunan şərtlərə uyğun mebel almaq istədiyini bildirmişdir.
Şərtlərdə sifarişin götürülməsi,çatdırılması və quraşdırılmasının pulsuz olduğu qeyd olunmuşdur. Hüseyn adlı şəxs S.Ağamoğlanovadan sifarişi götürmək üçün yaşadığı mənzilin ünvanını öyrənib və ertəsi gün həmin mənzilə gəlib.
Hüseyn adlı şəxs mənzildə mebelin qoyulacağı yerin ölçüsünü götürdükdən sonra S. Ağamoğlanovadan ilkin olaraq "beh” istəyib. Xanım isə şəxsə güvənmədiyi üçün onun şəxsiyyət vəsiqəsinə baxmağı tələb edib. Hüseyn adlı şəxs isə bildirib ki, ”şəxsiyyət vəsiqəm üzərimdə deyil.” Sonra Sevda xanım onun fotorəsmini telefonla çəkib, ilk olaraq dolabın 400 manatını ödəyib və qalan məbləğin isə digər mebel gəldikdən sonra ödəyəcəyini bildirib. Ağbirçək Sevda xanımın ağlına belə gəlməzdi ki, mənzilinə mebel ustası adı altında gələn Hüseyn adlı şəxs “dələduz”dur. Pulu aldıqdan sonra mənzili tərk edən “dələduz” Hüseyn adlı şəxs bir neçə gün sifarişçi Sevda xanımı müxtəlif bəhanələrlə aldadır və sonradan isə xanıma verdiyi əlaqə nömrəsini birdəfəlik sondürür. Artıq, aldadıldığını başa düşən Sevda xanım DİN-in 102 qaynar xəttinə zəng vurub hadisə haqda məlumat verir. Hadisə ilə bağlı iş Binəqədi rayon 5-ci polis bölməsində araşdırma başlanılır. Amma, təəssüflər olsun ki, zərərçəkmişin sözlərinə görə bölmədə işə laqeyd yanaşırlar. Bölmə əməkdaşlarının işə soyuq yanaşdığını görən zərərçəkmiş S.Ağamoğlanova məsələ ilə bağlı DİN-i cənab Vilayət Eyvazova rəsmi müraciət ünvanlayır.

Nazirliyə olunan müraciətdən sonra iş BŞBPİ-də (Bakı Şəhər Baş Polis idarəsi) araşdırılır. Aparılan araşdırılmalardan sonra mebel ustası adı altında “dələduz”luq edən Hüseyn adlı şəxsin bacısı və anası tapılır. Məlum olub ki, Hüseyn adı altında “dələduz”luq edən şəxsin əsl adı Hüseynov Ruslan Rüstəm oğlu imiş. 23.04.1979-cu il təvəllüdlü Hüseynov Ruslan Rüstəm oğlu Yevlax rayon Nizami küçəsi ev 36 mənzil 32-də qeydiyyatdadır. Zərərçəkmişin sözlərinə görə “dələduz”luq edən R.Hüseynovun bacısı Ramilə bildirib ki, qardaşının yaramaz əməlinə görə aylıq qazan əldə etdiyi iş yeribndən qovulub. Bir sözlə ailə də R.Hüseynovun əməlindən zərərə uğrayıb. Hazırda 5-ci polis böməsində Ruslan Hüseynovun axtarılmasına dair iş davam edir. Qeyd edək ki, redaksiyamıza müraciyət edən Sevda Ağamoğlanova xalqa müraciət edərək xahiş edib ki, “FOTO” da əks olunan şəxsi kim görsə dərhal DİN-nin 102 xidmətinə məlumat versinlər.
“DogruXeber.az”

Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO


Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO

Mebel ustası adı altında "dələduz"luq edən şəxsin kimliyi məlum oldu-VİDEO/FOTO


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam