Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rüşvət alan rəis həbs edildi, idarəsi isə ləğv olundu

 

Bir müddət əvvəl rüşvət aldığına görə tutulan rəisin rəhbərlik etdiyi idarə ləğv olunub.

"Xeberinfo.com":  Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahı ləğv edilib. Bu qərar qərərgahın rəisi Əlövsət Məhərrəmovun fevralın 19-da həbs edilməsindən sonra verilib.

Qeyd edək ki, Ə.Məhərrəmov Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olurmuş. 55 yaşlı Əlovsət Əvəz oğlu Məhərrəmovun vətəndaşları aldadaraq onlardan FHN işə düzəltmək adı ilə pul aldığı üzə çıxıb. Bundan sonra Ə.Məhərrəmov barədə cinayət işi başlanıb, istintaq davam edir.

Qərargah rəisinin həbsindən sonra onun rəhbərlik etdiyi idarə də ləğv edilib. İdarənin yerləşdiyi ofis hazırda bağlıdır.

Bu faktı “Azərbaycan Dəmir Yolları” QSC-dən də təsdiqlədilər.

Xatırladaq ki, bu il yanvarın 6-da virtualaz.org saytında “Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Ucar şəhəri, Vaqif küçəsi, ev 13-də yaşayan İsmayıl İsrayıl oğlu Kərimovun ailəsinin Ə.Məhərrəmov tərəfindən aldadıldığı və 6050 manatlarının mənimsənildiyi bildirilirdi.

Ə.Məhərrəmov İsmayıl Kərimova özünü “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov” kimi təqdim edərək onlardan bacısı oğlu Rauf Mehdiyevi işə düzəldəcəyi vədi ilə 6050 manat pul almışdı.

Bu yazıdan sonra Ə.Məhərrəmovun əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlandı. Sonradan isə məlum oldu ki, Ə.Məhərrəmov təkcə İsmayıl Kərimovu yox, bir neçə başqa şəxsi də bu yolla aldadaraq onların pullarını alıb. Hazırda zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam