Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sabiq qərargah rəisinə hökm oxundu

Sabiq qərargah rəisinə hökm oxundu

 

Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Əlövsət Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışı zamanı Əlövsət Məhərrəmovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Əlövsət Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub.

2015-cı ilin fevralında həbs edilən Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Əlövsət Məhərrəmov məhkəmədə verdiyi ifadəsində zərərçəkmişlərdən aldığı pulları ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin antiterror mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevə verdiyini deyib.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam